Aspirin ölümcül ola bilər
Yusif Nəzərli
07:00 20.10.2021
Sağlamlıq
646
Həkim məsləhəti olmadan bu dərmandan istifadə çox təhlükəlidir
Bir əsrdən artıqdır istifadə edilən Aspirin 1970-ci illərin əvvəlində ağrıkəsici təsiri ilə yanaşı ürək xəstəlikləri zamanı faydalı olması səbəbiylə “möcüzə dərman” adlandırılırdı. ABŞ-dan gələn bir xəbərdarlıq isə əksəriyyətin sadə, zərərsiz bir dərman kimi tanıdığı Aspirinin ölümcül ola biləcəyi gerçəyini ortaya qoyur. “Şərq” “Milliyyet.com”a istinadən bildirir ki, ABŞ tibb alimləri xüsusən ürək-damar xəstəlikləri və ya şikəst olma riski daşıyan 60 yaşdan yuxarı xəstələrə Aspirin verilməməsinə dair xəbərdarlıq edib. Alimlərin fikrincə, Aspirin yaşlı insanlarda həzm orqanlarında (mədə, bağırsaq) qanamalara, xora xəstəliyinə, həmçinin beyin qanamasına yol aça bilər. Hətta alimlər yoğun bağırsaq xərçəngi zamanı aşağı dozada Aspirin istifadə edilə biləcəyinə dair 2016-cı ildə verdikləri açıqlamadan da imtina edirlər. Bu o deməkdir ki, Aspirin də bir dərmandır və faydaları hamı üçün eyni qaydada keçərli deyil. Aspirinin yan təsirlərini xatırlatmaq vacibdir (əslində bütün dərman preparatlarının həm faydalı, həm də zərərli tərəfləri var). Biokimya üzrə professor Ozan Eyüpoğlu qeyd edir ki, qədim dövrlərdə insanlar baş, oynaq ağrılarını azaltmaq, hərarəti salmaq üçün söyüd ağacının qabığını əzir, qaynadır və suyunu içirdilər. Söyüd ağacı qədim Misir lövhələrində “ağrını öldürən bitki” adlandırılır. Söyüd qabıqları Hippokrat tərəfindən də ağrıkəsici kimi istifadə edilib. Söyüd qabığının tərkibindəki ağrı kəsən maddə isə məhz bu gün müasir Aspirinin tərkibindəki salistik asitdir. Mədə qanamasına da bu maddə səbəb olur. Sonra isə alman alimi Felix Hoffman şiddətli oynaq ağrılarından əziyyət çəkən atası üçün salistik asidi inkişaf etdirib asetil-salistik asid əmələ gətirdi. Bu maddə mədə ağrısına səbəb olmadı. Və beləliklə bu gün tanıdığımız Aspirin dərman olaraq təsdiqləndi. Aspirin ilk dönəmlərdə toz halında satılıb. Sonralar qarğıdalı nişastası və su ilə qarışdırılmış həblər formasında istehsal olunub. Harvard Universitetindən bir kardioloqun “kimsəsiz bir adaya düşəcək olsam və mənə “özünlə yalnız bir dərman götürə bilərsən”, desələr, Aspirini seçərəm”, fikri bu gün də dillər əzbəridir. Lakin alim bu fikirdədir ki, Aspirindən istifadəyə dair mütləq həkimin, həm də kardioloqun tövsiyəsi lazımdır. Çünki Aspirinin orqanlarda yarada biləcəyi fəsadlar insanın yaş həddi artdıqca çoxalır. 40-50 yaşlı insanlar Aspirindən istifadə etmək istəyirlərsə, həkimlə məsləhətləşməlidirlər. Yaşı 50-dən az, 70-dən çox olanlara Aspirin məsləhət görülmür. Aspirin qan durulaşdırıcı dərman kimi tanındığından çox adam həkim məsləhəti olmadan aptekdən alır və istifadə edir. Amma bu, təhlükəlidir. Onu yalnız həkim təyinatı ilə qəbul etmək lazımdır. Müxtəlif travmalar keçirmiş, mədə qastriti olanlar, həmçinin allergiyası olanlar da Aspirin qəbulundan çəkinməlidirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əməkdar jurnalist Nurani dəfn edilib - YENİLƏNİB 2
14:51 22.08.2026
Media
Kaja Kallasın atası Siim Kallas vəfat edib
14:06 22.08.2026
Dünya
Bakı nefti 97 dolları keçdi
13:57 22.08.2026
İqtisadiyyat
Əməkdar jurnalist Nurani ilə vida mərasimi keçirilir
13:38 22.08.2026
Media
Rusiya Ukrayna futbol klubunun məşq bazasını vurdu - Foto
13:26 22.08.2026
Dünya
İran İraq tankerlərinin Hörmüz boğazından keçməsinə icazə verib
13:18 22.08.2026
Dünya
Almaniya XİN rəhbəri Kiyevdə səfərdədir
12:39 22.08.2026
Dünya
Tramp İranın bombalanması ehtimalı ilə bağlı zarafat edib
12:10 22.08.2026
Dünya
Sabah 40 dərəcə isti olacaq
12:02 22.08.2026
Ekologiya
Avtoşluq edən sürücü həbs edildi
11:54 22.08.2026
Hadisə
Bakıda oğurluq edən şəxslər saxlanılıblar
11:42 22.08.2026
Hadisə
ABŞ-ın İrana qarşı yeni iqtisadi sanksiyalar elan etməsi...
11:35 22.08.2026
Dünya
Hindistanın xarici işlər naziri Rusiyaya səfər edəcək
11:23 22.08.2026
Dünya
Tayvan sahillərində hissedilən zəlzələ olub
11:18 22.08.2026
Dünya
Ötən gün 47 cinayət açılıb, 107 axtarışda olan şəxs saxlanılıb
10:37 22.08.2026
Hadisə