Az siqaret çəkmək də erkən ölüm riskini 60 faiz artırır

“Bir siqaret ömrünüzdən 20 dəqiqə, bir qutu siqaret isə təxminən 7 saat alır”

Gündə cəmi iki siqaret çəkmək belə təhlükəlidir. Elmi araşdırmalar göstərir ki, özünü “sosial içici” adlandıranlar da infarkt və erkən ölüm təhlükəsi ilə üz-üzədir.

Sherg.az xəbər verir ki, Ürək və damar cərrahı üzrə mütəxəssis, dosent Dr. Macit Bitargil xəbərdarlıq edir: “Bir siqaret ömrünüzdən 20 dəqiqə, bir qutu siqaret isə təxminən 7 saat alır.”

ABŞ-də yerləşən Con Hopkins Universitetinin alimləri bildirirlər ki, “aşağı intensivlikli” siqaret çəkmək belə erkən ölüm riskini 60 faiz artırır. 300 min nəfər üzrə 20 illik məlumatlar göstərib ki, sosial siqaret çəkənlər də siqaret asılıları qədər təhlükə altındadır; bu şəxslərdə ürək xəstəlikləri və erkən ölüm ehtimalı daha yüksəkdir.

Gündə iki-beş ədəd siqaret çəkmək, həftədə bir-iki qutu - “aşağı intensivlikli” siqaret çəkmə hesab olunur. Mütəxəssislər vurğulayırlar ki, siqaretin yaratdığı riski azaltmaq üçün onu yalnız azaltmaq kifayət etmir -tamamilə tərgitmək lazımdır.

Dosent Dr. Bitargil bildirir ki, gündə iki-beş siqaret belə insan sağlamlığına ağır zərər vurur:

“Bir siqaret ömrünüzü 20 dəqiqə, bir qutu siqaret isə ömrünüzü təxminən 7 saat azaldır.”

Ürək tutması riski 50%, erkən ölüm riski 60% artır

Bitargil siqaretin orqanizmə mənfi təsirlərini belə izah edir:

Ağciyər hüceyrələrini zədələyir

Hüceyrələrə oksigen çatışmazlığı yaradır

Damarların daxili qatını zədələyir

Qanın axıcılığını pozur, laxtalanmanı artırır

Plak əmələ gətirir

Nikotin damarları daraldır və təzyiqi yüksəldir

Ürəyin yükünü artırır

Xolesterin balansını pozur

Mütəxəssis əlavə edir:

“Daimi siqaret çəkənlərdə infarkt riski 23 dəfə, az çəkənlərdə isə infarkt riski 50 faiz, erkən ölüm riski isə 60 faiz artır. Heç bir səbəb olmadan bu riski almağa dəyməz. Mən özüm həyatım boyu bir dəfə də siqaret çəkməmişəm.”

Passiv içicilik də öldürür

Bitargil bildirir ki, siqaret çəkməyənlərin siqaret tüstüsünə məruz qalması da infarkt və ölüm riskini artırır:

“Siqaret çəkməyənlərdə risk aktiv istifadəçilərlə müqayisədə az olsa da, yenə də təxminən 20 faiz artır. Tüstüyə məruz qaldıqda eyni mənfi bioloji proseslər işə düşür.”

O, dumansız mühit yaradılmasının xalq sağlamlığı üçün həyati əhəmiyyət daşıdığını vurğulayır:

“Sağlam həyat üçün dumansız, siqaretsiz yaşam şərtdir.”

İdman siqaret qədər “xoşbəxtlik hormonu” yaradır

Siqaretin asılılıq yaratdığını, beynin dopamin və endorfin sistemini aktivləşdirdiyini qeyd edən Bitargil bildirir:

“Sigarət tərgidilərkən onun yerinə idman kimi sağlam vərdişlər gələ bilər. Çünki idman da eyni xoşbəxtlik mexanizmini işə salır.”

Mütəxəssis əlavə edir ki, siqareti buraxmaq üçün peşəkar dəstək almaq, siqaret buraxma mərkəzlərinə müraciət etmək və nikotin əvəzedici vasitələrdən istifadə etmək əhəmiyyətlidir:

“Nəzarət edə bildiyimiz bir risk faktorunu səbəbsiz yerə artırmayaq.”

Bitargil sonda vurğulayıb:

“Sağlam yaşamaq yalnız siqareti tərgitməklə bitmir. Qidalanma, idman, yuxu və xroniki xəstəliklərin nəzarətdə saxlanması da ürək sağlamlığı üçün həyati əhəmiyyət daşıyır.”