İsrail həbsxanalarda fələstinlilərə qarşı zorakılıq iddiası ilə bağlı “The New York Times” qəzetini böhtan ittihamı ilə məhkəməyə verəcək.
Teleqraf xəbər verir ki, bu barədə İsrail Baş nazir Administrasiyası məlumat yayıb.
“Müasir mətbuat tarixində İsrail dövlətinə qarşı ən dəhşətli, qərəzli və yalançı saxtakarlıqlardan birini ehtiva edən və qəzetin redaksiya heyəti tərəfindən dəstəklənən “The New York Times” qəzetində məqalənin dərc olunması ilə əlaqədar olaraq, Baş nazir Benyamin Netanyahu və xarici işlər naziri Gideon Saar sözügedən nəşrə qarşı böhtan iddiasının qaldırılmasını əmr edib”, - bəyanatda qeyd edilib.
Administrasiya vurğulayıb ki, məqalənin müəllifi iki dəfə Pulitzer mükafatı laureatı Nikolas Kristofdur.