Bu göz şikayətləri koronavirusun əlamətidir?
18:02 20.12.2020
Sağlamlıq
744
Aylardır ki, ekspertlər koronavirusdan qorunmaq üçün maska taxmağı, sosial məsafəni gözləməyi və gigiyena qaydalarına əməl etməyi tövsiyə edir. Bildirilir ki, əllər düzgün yuyulmasa, ağız, burun və gözlərə vurulsa, virusa yoluxma riski yüksək ola bilər.
Oftalmoloq Öznur İşcan bu barədə danışıb. Koronavirusa qarşı göz gigiyenasının əhəmiyyətinə diqqət çəkən həkim qorunma yolları ilə bağlı xəbərdarlıqlar edib:
"Burun və ağız quruluşu kimi selikli qişaya sahib olduğundan gözlər də risk faktorudur. Gün ərzində üzə və gözə tez-tez əl vurmaq COVID-19-a yoluxma riskini artırır. Bu səbəbdən əl və göz ətrafı gigiyenasına diqqət yetirilməlidir. Bu tədbirlərlə göz çirklənməsi riski əhəmiyyətli dərəcədə azaldıla bilər.
Əllərin təmizliyinə əmin olmadığınız halda gözlərə toxunmaq və onları ovuşdurmaqdan çəkinin.
Gözə yad cismin düşdüyündən şübhələnirsinizsə, əvvəlcə əl təmizlənməli, sonra gözə toxunulmalıdır.
Dəsmal və pambıq kimi məhsullar göz təmizliyi üçün istifadə edilməməlidir.
Maskalar eynəklərin tez-tez buxarlanmasına səbəb olduğundan, eynəklərin təmizlənməsinə diqqət yetirilməlidir.
Kontakt linzalardan istifadə olunursa, xüsusən də bu dövrdə gündəlik linzalara üstünlük verilməlidir. Linzaları taxarkən və çıxararkən əl və göz gigiyenasına xüsusi diqqət yetirilməlidir.
Gecələr kontakt linzalarla yatmaqdan çəkinin və tövsiyə olunan istifadə müddəti bitdikdə onu atın.
Xəstəlik zamanı gözlər normaldan daha çox narahatlıq hiss edə bilər.
Gözdəki bu şikayətlər koronavirus simptomu ola bilər.
Bəzi hallarda virus gözdə viral konyunktivit adlanan bir növ iltihab növünə səbəb ola bilər. Gözdə qızartı, qaşınma, yaşarma və yanğı kimi şikayətlər meydana gəldikdə oftalmoloqa müraciət edin". (publika.az)
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əncirin elmi sübut olunmuş – 3 əsas faydası
04:14 25.08.2026
Sağlamlıq
Haitidə silahlı dəstənin hücumu nəticəsində 42 nəfər ölüb
03:33 25.08.2026
Dünya
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi