Burun qanaxmaları hansı xəstəliyin siqnalıdır? – Oxuyun və bilin!
Yusif Nəzərli
17:30 12.01.2023
Sağlamlıq
1617
Burun qanaxmasının (Epistaksis) baş vermə səbəbləri və müalicə yolları açıqlanıb.
“Sherg.az” “NTV”-yə istinadən xəbər verir ki, burun qanaxmaları adətən burnun içindəki kapilyarların zədələnməsi nəticəsində yaranır. Bir çox insanda, xüsusən də, uşaqlar və yaşlılarda müşahidə olunur.
Burun qanaxmaları qorxulu görünsə də, kiçik xəstəliklər kimi tanınır və təhlükəli deyil. Epistaksis adətən, soyuq hava və ya alınan zədələr səbəbindən baş verir. Amma şiddətli, uzun müddət davam edən qanaxmada həkimə müraciət etmək tövsiyə olunur.
Burun qanamasına səbəb ola biləcək hallar: quru hava, zərbələr, kəskin sinuzit (haymorit), allergiya, hipertoniya, aspirin istifadəsi, hemofiliya kimi qanaxma pozğunluqları, qan durulaşdırıcı preparatlar, ammonyak kimi kimyəvi maddələrə məruz qalma, soyuqdəymə, burunda yad cisim, burun polipləri, burun əməliyyatları, hamiləlik, hormonal problemlər.
Burun qanaması təhlükəsiz olsa da, hər hansı bir gizli xəstəlik səbəbindən də inkişaf edə bilər. Belə vaxtlarda burun qanamasının əlavə əlamətlərinin olub-olmadığına diqqət yetirilməlidir. Həmçinin başgicəllənmə, ürəkbulanma kimi hallar varsa, ən qısa zamanda həkimə müraciət etmək lazımdır.
Epistaksis birtərəfli olmaqla yanaşı burnun ön və ya arxasında da baş verə bilər. Ön qanaxma adətən, qısa müddətli olur. İnfeksiya, soyuqdəymə və ya qıcıqlanma kimi səbəblərdən inkişaf edir. Lakin arxa tərəfdən epistaksis qan təzyiqi və ya şiş kimi ciddi xəstəliklərin əlaməti ola bilər.
Burun qanaması çox şiddətli olmadığı halda qan sadə sarğılarla dayandırılmalıdır. Bu durumla qarşılaşan şəxs əvvəlcə təlaşa düşməməli, ən yaxın yerdə düz bucaq altında oturaraq, başını irəli əyməlidir. Dik oturmaq burundakı damarlara gedən təzyiqi azaldır və daha çox qanaxmanın qarşısını alır. Sonra burnu hər iki tərəfdən tutaraq, çimdikləmək lazımdır. Qanama birtərəfli olsa belə, burnun hər iki tərəfini sıxmaq vacibdir. Burun sıxılması qanaxmanın dayandırılması üçün son dərəcə təsirli bir üsuldur. Buruna 10-15 dəqiqə təzyiq etdikdən sonra qanaxmaya nəzarət edin. Davam edərsə, daha 10-15 dəqiqə eyni hərəkəti təkrarlamaq olar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi