Dietoloq: Gün boyu enerjili, gümrah olmaq istəyirsinizsə, səhər yeməyindən imtina etməməlisiniz
12:29 12.02.2025
Sağlamlıq
537
Ən vacib yeməyin səhər yeməyi olduğunu, sağlam və arıq insanların səhər yeməyini ötürmədiyini çox eşitmişik. Bəs doğurdanmı bu belədir?
Mövzu ilə bağlı danışan dietoloq Sevinc Həsənzadə "Sherg.az"a bildirib ki, səhər yeməyi günün ən vacib yeməyidir:
“Vaxt azlığı, iştahanın olmaması səbəbindən səhər yeməyindən imtina edilməməlidir. Unutmayın ki, balanslı bir səhər yeməyi sağlam həyat tərzi keçirmək üçün vacib şərtdir. Digər tərəfdən səhər yeməyi beyinin işini gücləndirir, xüsusilə məktəbli uşaqlarda bu daha önəmlidir. Səhər yeməyi yeyən uşaqlar və böyüklər ondan imtina edənlərdən daha çox lif, kalsium, A və C vitaminləri, riboflavin, sink və dəmir alırlar. Hətta çəki artımından ehtiyatlanan insanlarda belə səhər yeməyi sağlam çəkidə qalmağı təmin edir. Həmçinin səhər yeməyi bədənə gümrahlıq verir, ürəyin fəaliyyətinə, həzm sisteminin funksiyasına, sümüklərə faydalı təsir göstərir, tox saxlayır və əhval-ruhiyyəni yaxşılaşdırır. Beləliklə, sağlam səhər yeməyi gün boyu sərf edəcəyimiz enerjini artırmaq üçün olduqca faydalıdır. Eyni zamanda düzgün və balanslı səhər yeməyi gün ərzində orqanizmi vacib olan qida maddələri ilə təmin etməklə diqqəti və yaddaşı yaxşılaşdırır, sağlam bədən kütləsini qoruyur. Səhər yeməyi gün ərzində aclığı tənzimlədiyindən heç olmasa 1 stəkan süd və ya qablaşdırılmış halda deyil, təzə portağal şirəsi içmək, dənli bitki tərkibli undan hazırlanmış çörəyin üzərinə az miqdarda yağ çəkərək istehlak etmək, bişmiş yumurta yemək vacibdir. Hətta alma, armud və ya bananın qəbul olunması faydalıdır. Beləliklə, gün boyu enerjili, gümrah və sağlam olmaq istəyirsinizsə, səhər yeməyindən heç bir halda imtina etməməlisiniz. Bu zaman daim insulin balansını stabil saxlayıb , iştahı idarə etmiş olacaqsız”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
NATO Baş katibi: Vahid Avropa ordusu ideyasına ehtiyac yoxdur
17:46 14.10.2026
Gündəm
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb
17:27 14.10.2026
Gündəm
Lavrov Bakıya gəldi
17:23 14.10.2026
Gündəm
Rusiya müharibəni qələbə qazanmadan dayandırmayacaq - POLİTOLOQ
17:02 14.10.2026
Gündəm
Ermənistan Türkiyə sərhədinin açılmasına möhtacdır - ŞƏRH
17:01 14.10.2026
Gündəm
Əməkdar jurnalist Ənvər Qafarlı vəfat edib
16:49 14.10.2026
Cəmiyyət
Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi
16:24 14.10.2026
Gündəm
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial
Pensiya alanlara ŞAD XƏBƏR!
14:00 14.10.2026
Sosial