Əlimizdə başqa silah yoxdur
Məlahət Rzayeva
09:16 15.12.2020
Sağlamlıq
762
Türkiyədə artıq kütləvi peyvəndləmə xəritəsi tərtib edilib
İlk mərhələ üçün alınmış 10 milyon peyvənd 2 dozada olmaqla 5 milyon insana vurulacaq
"Biz də başlayacağıq. Bildiyim qədər Türkiyə ilə danışıqlar aparılır. Onların istifadə etdiyi vaksindən biz də istifadə edəcəyik"
Dekabrın 25-dən koronavirus əleyhinə peyvəndləmə başlayacaq. Türkiyə hökuməti peyvəndləmə ilə bağlı artıq son hazırlıq mərhələsindədir. Verilən məlumatlara görə, Türkiyə koronavirus əleyhinə peyvəndi Çindən alıb. İlk mərhələ üçün alınmış 10 milyon peyvənd 2 dozada olmaqla 5 milyon insana vurulacaq. Türkiyə Səhiyyə Nazirliyinin koronavirusla mübarizə üzrə Elmi Şurasının üzvü, professor Tevfik Özlü yerli mediaya açıqlamasında peyvəndləmə barədə ortaya çıxan suallara cavab verib. Professor Özlü bildirib ki, peyvənddən çəkinmək lazım deyil. Çünki peyvənd hazırda koronavirus əleyhinə əldə olan yeganə silahdır:
- Bu peyvənd Çində 1 milyon insana vurulub, hələ ki, mənfi, ya da yan təsirləri qeydə alınmayıb. Peyvənd 15-20 gün aralığı ilə 2 dozada vurulmalıdır. Koronavirusa qarşı immunitet isə peyvənddən 1,5-2 ay sonra formalaşır. Yəni bu gün peyvənd oldum, sabahdan təhlükə sovuşdu deyə bir şey yoxdur. Hətta ilk peyvənddən sonra koronavirusa yoluxma riski qalır. Koronavirusa qarşı orqanizmdə anticisimlərin yaranması zaman tələb edir. Amma ən əsası budur ki, bu virusa qarşı bir silahımız olacaq artıq. Hazırkı dönəmdə peyvənddən başqa silahımız yoxdur.
T.Özlü qeyd edib ki, koronavirus peyvəndi Türkiyədə ilkin olaraq 700 səhiyyə işçisinə vurulub:
“Əgər peyvəndin istifadəsinə icazə verilibsə və istifadə olunubsa, deməli, onunla bağlı açıq qalan suallar yoxdur”. Professor bildirib ki, kütləvi peyvəndləmə üçün səhiyyə xəritəsi tərtib edilib. İlk olaraq 18-59 yaş arası əhali qrupu peyvəndləməyə cəlb ediləcək, daha sonra 65 yaş üzərində olanlar. Körpələr, uşaqlarsa hələ ki, siyahıda deyil.
Professor koronavirusun bütün orqanları sıradan çıxardığına da diqqət çəkib: “Bu, orqana az və ya çox təsir edir, deyə bir qayda yoxdur. Əksinə, koronavirusun təsir altına almadığı orqan yoxdur. Təpədən-dırnağadək bütün orqanlara təsir edib, sıradan çıxara bilər; ürək-damar sistemi, baş-beyin, mədə-bağırsaq, həzm sistemi, dəri, dırnaqlar... hər bir orqan”.
Azərbaycanda peyvəndləmə nə zaman başlayacaq? Bununla bağlı konkret vaxt hələ ki, söylənmir, lakin reallıq peyvəndin zəruri olduğu qənaəti yaradır. Pediatr Vaqif Qarayev “Şərq”ə açıqlamasında peyvəndin vacib olduğunu dedi:
- Peyvəndsiz bu pandemiyanın öhdəsindən gəlmək mümkün olmayacaq. İndi Çin, Türkiyə, ABŞ, Böyük Britaniya kütləvi vaksinasiyaya başlayır. Biz də başlayacağıq. Bildiyim qədər Türkiyə ilə danışıqlar aparılır. Onların istifadə etdiyi vaksindən biz də istifadə edəcəyik. Ona qədərsə, unutmayaq, silahımız maska, məsafə və təmizlikdir.
Sərtləşdirilmiş karantin qaydalarının yoluxma sayına təsiri 15-20 gündən tez özünü göstərməyəcək. Hamı qaydalara əməl etməlidir. Təmaslar, gediş-gəliş, qonaqlıqlar, məclislər, hamısından uzaq durmalıyıq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əncirin elmi sübut olunmuş – 3 əsas faydası
04:14 25.08.2026
Sağlamlıq
Haitidə silahlı dəstənin hücumu nəticəsində 42 nəfər ölüb
03:33 25.08.2026
Dünya
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi