Günvurma təkcə fəhlələrin dərdi deyil
Yusif Nəzərli
01:38 22.07.2022
Sağlamlıq
475
Havanın temperaturu 41 dərəcə selsidirsə bütün növ işlər dayandırılmalıdır
Hətta qapalı məkanlarda da işə fasilə verilməlidir. Çünki uzun müddət sərinlədici altında çalışmaq sağlamlığa ziyandır
Yayın problemi təkcə isti hava, məzuniyyət, zəhərlənmə, günvurma… deyil. Həm də isti havalarda, həm də açıq şəraitdə - günəş şüalarının birbaşa təması altında çalışmağa məcbur qalmaqdır. Paytaxtda son 1-2 gündə küləkli hava müşahdə edilir və bu, temperaturu nisbətən aşağı salıb. Lakin küləkli günlərdən əvvəl və yəqin ki, küləkli havalar çəkilib gedəndən sonra yenə qızmar istilər oalcaq. Və biz yenə də qızmar havada açıq şəraitdə - tikintidə, yol çəkilişlərində, müxtəlif abadlıq və təmizlik və qazma işlərində çalışanların günün altında “qovrulduğunu” görəcəyik. Kimsə də, “bu yazıq fəhlələri niyə günün altında işlədirsiniz?” deyə sorğu-sual etməyəcək, fəhlənin hüquqlarını qorumayacaq. Halbuki ölkədə Dövlət Əmək Müfəttişliyi, Həmkarlar Konfederasiyası adlı qurum da var. Əmək Məcəlləsi də öz yerində. Elə məsələnin çıxılmaza düşməsinin əsas səbəblərindən biri də neçə dərəcə temperaturda işlərin dayandırılmasıyla bağlı Əmək Məcəlləsinə bir neçə il əvvəl edilmiş dəyişiklikdir.
Hüquqşünas Azər Quliyev bildirir ki, əmək qanunvericiliyinə görə, havanın temperaturu 41 dərəcə selsidən çox olduqda işçilərin həyat və sağlamlığını qorumaq məqsədilə zəruri tədbirlər görmək işəgötürənin əsas vəzifələrindən biridir. Havanın temperaturu 41 dərəcə selsidən çox olarsa, istər açıq havada, istərsə də sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır.
İşçilərə sərinləmək üçün imkan yaradılmalı, onlara fasilələr verilməli, fasilənin sayı və müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən olunmalıdır. Fəhlənin işini çətinləşdirən də məhz bu dəyişiklikdir. Əvvəllər işlərin dayandırılması üçün ən yüksək hədd 38 dərəcə qeyd edilmişdi. Çünki hava proqnozu, məlum olduğu kimi kölgədə hesablanır. Kölgədə havanın temperaturu 38 dərəcədirsə, deməli, açıq havada azı 40-42 dərəcədir. Və bu, işlərin dayandırılması üçün yetərli hesab edilirdi.
Açıq havada, əlbəttə, 40-42 dərəcə istidə çalışmaq insan həyatı üçün təhlükə daşıyır. Amma sonra nəyə görəsə, son hədd 41 dərəcəyə qaldırıldı və Əmək Məcəlləsinə də bununla bağlı dəyişiklik edildi. Kölgədə 41 dərəcə isti günəş şüaları altında 44-45 olar yəqin. Belə temperaturda işləmək aşkar ölüm təhükəsidir. Dərd budur ki, hətta temperaturun 39-40 dərəcə elan edildiyi zamanlarda da bəzi işəgötürənlər işləri dayandırmır, fəhlələri işlədir.
Ekspert bildirir ki, Əmək Məcəlləsinə görə havanın yüksək temperaturu müşahidə edildiyi zaman işlər dayandırılmalıdır:
- Hətta qapalı məkanlarda da işə fasilə verilməlidir. Çünki uzun müddət sərinlədici altında çalışmaq sağlamlığa ziyandır. Qızmar istilərdə sərinlədicilər – kondisionerlər də havanı normal sərinlədə bilmir, elektrik şəbəkələri yüklənir və bu da yanğın, partlayış təhlükəsi yaradır.
Qanunvericiliyə uyğun olaraq fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əməkhaqqı işçilərin tarif maaşına görə ödənilir. İş dayandırıldıqda boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. İşəgötürən Əmək Məcəlləsinin tələblərinə əməl etmirsə, işi dayandırmırsa, bu, qanun pozuntusu deməkdir. Dövlət Əmək Müfəttişliyi buna görə cərimə tətbiq edə bilər. Cərimənin miqdarı 500-1000 manat ola bilər.
Amma DƏM Xidmətinin iş yerlərində yoxlama aparmaq imkanı yoxdur. Ekspert A.Quliyev deyir ki, qurum bu durumda sadəcə daxil olan şikayətləri araşdıra bilir: - Təəssüf ki, bu, bəzi hallarda ya baş vermir, ya işçilərin əleyhinə qərarlar verilir, ya da məhkəməyə müraciət etmək məsləhət görülür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prokuror Rüfət Səfərova cəza istədi
17:49 18.05.2026
Ölkə
AzTV əməkdaşları planetin ən aqressiv qəbiləsində - VİDEO
17:09 18.05.2026
Cəmiyyət
Paşinyanı hədələyənlərə qarşı cinayət işi açıldı
17:06 18.05.2026
Gündəm
Azərbaycan dili fənni üzrə imtahanın nəticələri elan olundu
16:23 18.05.2026
Elm və Təhsil
Sərgən Yalçın "Beşiktaş"dan getdi
16:17 18.05.2026
Futbol
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü oldu
15:55 18.05.2026
Gündəm
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
15:21 18.05.2026
Dünya
İran bu şirkətləri hədələdi: İnterneti kəsəcəm!
15:04 18.05.2026
Region
Ukraynanın hücumları Rusiyada panika yaradıb - ŞƏRH
14:47 18.05.2026
Gündəm
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya