
Hazır və yarımfabrikat məhsullar insan sağlamlığına çox ciddi ziyan da vurur -Mütəxəssis
12:38 13.02.2025
Sağlamlıq
600
Sosial şəbəkələr həm də satış platformasına çevrilib. Bir çox məhsulların satışı "Instagram", "TikTok" və digər sosial şəbəkələr üzərindən həyata keçirilir.
Satış prosesinə birbaşa nəzarət olmadığından, məhsulun keyfiyyəti də sual altındadır. Xüsusilə bəzi qidalar var ki, tərkibi və saxlanma şəraiti düzgün olmadıqda, ağır fəsadlar verə bilər.
Ev şəraitində hazırlanan məhsullar daha çox qış aylarında istifadə olunur. Bəzi insanlar meyvə və tərəvəzləri təkcə mövsümündə deyil, digər aylarda da istifadə etmək üçün həmin məhsulları məişət şəraitində konservləşdirirlər.
Ekspert Eyyub Hüseynov deyir ki, torpaqla təmasda olan kənd təsərrüfatı məhsullarında təhlükəli bakteriyalar mövcud ola bilər və bu da sağlamlıq üçün təhlükə yaradır.
Mövzu ilə bağlı danışan qida eksperti Fərid Səfərov ''Sherg.az"a söyləyib ki, son zamanlarda sürətli həyat tərzi, gündəlik iş rejimi, vaxt azlığı kimi səbəblər, dünyada insan sayının artımı kimi daha qlobal məsələlər insanların qidalanma vərdişlərində də müxtəlif dəyişikliklərə səbəb olub:

“Qida istehsalçıları asan hazırlanan, vaxta qənaət etmək üçün nəzərdə tutulan hazır və ya yarımfabrikat məhsullar, konservləşdirilmiş qidalar istehsal edirlər. Bu bəlkə də bizə sürətli həyat qayğılarının öhdəsindən gəlməyə kömək edir. Amma çox təəsüf ki, bu cür hazır və yarımfabrikat məhsullar insan sağlamlığına çox ciddi ziyan da vurur. Hazır və konservləşdirilmiş qidalar astma, xərçəng, iflic, hiperaktivlik və diqqət çatışmazlığı, zəhərlənmə kimi sağlamlıq problemlərinə səbəb ola bilər. Qablaşdırılmış qidaları istehlak edərkən porsiyaya nəzarət etmək lazımdır. Çünki tərkibində doymuş yağlar, trans yağlar, dadlandırıcı, rəngləndirici, mənşəyi məlum olmayan qatqı maddələri var. Bu qidaların hansı şəraitdə, hansı xammaldan istehsal olunduğu bəlli deyil. Təcili olan halda əgər bu məhsulları almağa məcbur olursunuzsa, mütləq aldığınız qidanın üzərini diqqətlə oxuyun. Həmçinin istehsal tarixinə, son istifadə müddətinə, tərkibinə mütləq diqqət edin, tanıdığınız və güvəndiyiniz yerdən almağa çalışın. Sağlam həyat üçün işlənmiş və konservləşdirilmiş qidalar yerinə evdə hazırlanmış, təbii qidalara üstünlük verin”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
NATO Baş katibi: Vahid Avropa ordusu ideyasına ehtiyac yoxdur
17:46 14.10.2026
Gündəm
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb
17:27 14.10.2026
Gündəm
Lavrov Bakıya gəldi
17:23 14.10.2026
Gündəm
Rusiya müharibəni qələbə qazanmadan dayandırmayacaq - POLİTOLOQ
17:02 14.10.2026
Gündəm
Ermənistan Türkiyə sərhədinin açılmasına möhtacdır - ŞƏRH
17:01 14.10.2026
Gündəm
Əməkdar jurnalist Ənvər Qafarlı vəfat edib
16:49 14.10.2026
Cəmiyyət
Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi
16:24 14.10.2026
Gündəm
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial
Pensiya alanlara ŞAD XƏBƏR!
14:00 14.10.2026
Sosial