Hormonal dərmanlar təhlükəlidir
Yusif Nəzərli
20:24 08.12.2022
Sağlamlıq
3458
İdman zallarında məşqçilər məşqlərə gələnləri aldadırlar
"Gənclər idmançı görkəminə malik olmaq, əzələ toplamaq istəyirlərsə, buna təbii yolla nail olmalıdırlar"
İdman zallarında məşqlərə gələnlərə məşqçilər tərəfindən hormonal preparatlar təklif edilir. Bu dərmanların əzələ şişməsinə, bədənin “yaxşı görünüş” almasına kömək etdiyi bildirilir. Lakin mütəxəssislər bu hormonal dərmanların süni, müvəqqəti əzələ toplanmasına süni şəkildə, həm də müvəqqəti kömək etdiyi, orqanizmdə yaradacağı fəsadlarınsa uzunmüddətli və daha ağır olacağı qənaətindədir. Bu barədə androloq Namiq İsmayılov xəbərdarlıq edib. "Bakupost.az"a açıqlamasında həkim bildirib ki, hormonal terapiyadan istifadə ziyanlıdır:
"Məşqçilər maddi maraq güdürək məşqin effektini, əzələ kütləsini tez artırmaq, qolları şişirtmək üçün müəyyən dərmanlar təklif edir. Bunlar anaboliklər, steroidlər, samotrop hormonal qrupundan olan preparatlar, "Danabol", "Sustanon", "Somatropin" tip dərmanlardır. Bu dərmanlarla əzələ kütləsi tez şişir, amma gənclərdə təbii testosteron sintezi pozulur. 20-30 yaşında gəncə steroid hormonlar vurulursa, onun orqanizmindəki hormonların fəaliyyəti dayanır. Bu da kişilərdə androloji və hormonal pozuntu, sonsuzluq yaradır. Son zamanlar belə dərmanların təsirindən bəzi pasiyentlərin bədənində şişlərin yarandığının şahidi olmuşam. Hətta bir gənc pasiyentimin beynində şiş yaranmışdı".
Namiq İsmayılovun sözlərinə görə, nəinki məşqçilər, hətta həkimlərin çoxu kişilərə hormonal dərmanları düzgün təyin edə bilmir: "Hansı hallarda hansı hormon yazılmalıdır, bunu əsasən andrologiyanın incəliklərini bilən peşəkar androloq və ya endokrinoloq təyin edə bilər. Zalda tibbi savadı olmayan məşqçilərin öz maraqlarına uyğun dərman tövsiyə etməsi qadağandır. Bu, kişilərin gələcəyini məhv edə, idmançılarda ciddi pozuntulara, hətta qəfil ölümə də səbəb ola bilər”.
Androloqun söylədiklərinin həqiqət olduğunu deyən təcili tibbi yardım stansiyasının həkimi, terapevt Şahvələd Məmmədov “Şərq”ə açıqlamasında idman zallarında məşqlərə gedən gənclərə dərman qəbulunda ehtiyatlı olmağı tövsiyə etdi:
- Dərmanlar müxtəlifdir. Bir var, qida əlavəsi olan dərman preparatları, bir də var tərkibində konkret molekul olan, müalicə məqsədli preparatlar. Dərmanların hamısı hormonal olmur. Dərmanları almazdan, qəbul etməzdən öncə içlik vərəqini oxumaq, istifadəsinə dair göstərişləri bilmək lazımdır. Preparatın hormonal olub-olmadığı içlik vərəqində qeyd edilir. Sırf hormonal dərmanlar təhlükəlidir. Bu cür dərman preparatlarının həkimin konkret göstərişi olmadan təyin edilməsi qadağandır. İdman zallarına məşq etmək üçün gedən yeniyetmələrlə bağlı xüsusilə ehtiyatlı olmaq lazımdır. Oğlan uşaqlarında hormonal dəyişikliklər 13-15 yaş arası başlayır. Bu yaş dövründə kənar dərmanların qəbulu hormonal inkişafın pozulmasına səbəb olur. Oğlan uşaqlarına 18 yaşa kimi hormonal dərmanların təyin edilməsi ümumiyyətlə, məsləhət deyil. 19-20 yaşdan sonra təyin etmək olar, lakin buna tibbi ehtiyac yaranıbsa, müalicə kursu bunu tələb edirsə. Qida əlavələrinin özü də sistemsiz, tibbi göstəriş olmadığı halda qəbul edilirsə, elmi səhiyyə tərəfindən artıq təsdiqlənib ki, onlar da orqanizmdə xoş və bədxassəli şişləri aktivləşdirir. Yəni istənilən dərman preparatını yalnız həkim təyinatı ilə qəbul etmək lazımdır. Müəyyən qrup dərmanlar var ki, onkoloji xəstəliyi olanların səhhətində ciddi problemlər yaradır.
Ş.Məmmədov qeyd etdi ki, bədənin möhkəmlənməsi, əzələ toplanması müəyyən müddət ərzində formalaşır. Bu prosesi süni üsullarla sürətləndirmək ziyandır:
- Hər orqanizm fərdidir. İnkişaf sürəti, hormonal yetişkinlik də hər orqanizmdə fərqli vaxtlarda baş verir. Gənclər idmançı görkəminə malik olmaq, əzələ toplamaq istəyirlərsə, buna təbii yolla nail olmalıdırlar. Müxtəlif fiziki hərəkətlər var, hansı ki bədənin möhkəmlənməsinə, əzələ toplanmasına kömək edir. İdmanla daimi məşğul olan, sağlam həyat tərzi keçirən insanın orqanizmi daxilən də möhkəm olacaq, zahirən də cüssəli, qamətli görünəcək. Süni yolla şişirdilmiş əzələlər hava üfürülmüş şar kimidir. Bir də gördün ki, “partladı”, içindəki hava da uçdu getdi. Zahiri bədən möhkəmliyi itəcək, bu, öz yerində, eyni zamanda orqanizmin sağlamlığına da ciddi ziyan dəyəcək, fəsadlar yaranacaq.
Trenajor zallarına getsinlər, idmanla məşğul olsunlar, lakin süni vasitələrə, gərəksiz dərman preparatlarına yaxın durmasınlar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi