Kimə müraciət etməliyəm? - Psixoloq, psixiatr ya...
19:38 25.09.2022
Sağlamlıq
688
İnsan, psixoloji narahatlıq yaşadıqda və bununla bağlı mütəxəssisdən yardım almaq qərarına gəldikdə kimə müraciət edəcəyi ilə bağlı müəyyən tərəddüd hissi keçirir.
Sherg.az kayzen-az.a istinadən "Kimə müraciət etməliyəm?" sualına cavab tapıb:
Psixoloq: psixologiya fakültəsi və psixologiya ixtisasından məzun olan insanlar psixoloq ünvanını qazanırlar. Lakin psixologiya üzrə təhsil alan hər psixoloq konsultasiya aparmaq hüququna malik deyil. Psixologiya elminin bir sahəsi yoxdur. Konsultasiya aparmaq ixtiyarı verilən və bacarığı qazandıran klinik psixologiya, psixologiyanın alt sahələrindən sadəcə biridir. Eksperimental psixologiya, sosial psixologiya, inkişaf psixologiyası, məhkəmə psixologiyası psixoloqların ixtisaslaşaraq fəaliyyət göstərə biləcəkləri psixologiyanın sahələridir.
Klinik psixoloq: psixologiya üzrə təhsil aldıqdan sonra, klinik psixologiya sahəsində magistr dərəcəsini bitirmiş mütəxəssisdir.
Diaqnoz qoymaq və terapiya aparmaq bacarığına sahibdir. Psixologiya ixtisasının və psixoterapiyanın tətbiq sahələrinin etik qaydalarına hakimdir və bu qaydalara əməl etməklə məsuldur. Həkim deyil, dərman yazmır.
Klinik psixoloq və psixoterapevtlər sadəcə nəzəri və akademik işlərlə məhdud qalmır, psixoterapiya təlimləri alır və superviziyanı tamamlayır.
Ətraflı
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.
Psixiatr: tibb təhsilini tamamlayan və psixiatriya üzrə ixtisaslaşan mütəxəssisdir. Tibb təhsili aldığı üçün farmakoterapiya aparmaq ixtiyarına malikdir. Hər psixiatr, psixoterapevt deyil. Psixiatr psixoterapiya aparmaq üçün lazımi təhsili almalı və superviziyalarda iştirak etməlidir.
Psixoterapevt: psixologiya sahəsində çalışan, diaqnoz qoymaq və bu istiqamətdə terapevtik üsullarla terapiya tətbiq etmək bacarığına malik mütəxəssisdir. Psixoterapevt olmaq üçün, mütləq psixoterapiya sahəsi üzrə əhatəli təhsil alınmalıdır və əlavə olaraq superviziya (mütəxəssisin nəzarəti altında davam etdirilən terapiya) keçməlidir.
Kimə müraciət etməliyəm?
Psixoloji narahatlıqların bir çoxu dərman dəstəyi olmadan, konsultasiya vasitəsilə aradan qaldırılan problemlərdir. Bir çox araşdırmalar bəzi terapiya üsullarının farmakoterapiyadan daha təsirli olduğunu sübut etmişdir. Bəzi psixoloji narahatlıqlar qısa müddətli, bəzisi isə daha uzun müddətli seansları ehtiva edir. Bu müddət, problemin yaranmasına gətirib çıxaran səbəbləri, problemin dərinliyi, dərəcəsi, başlanğıc zamanı kimi faktorlardan asılıdır.
Problemin dərəcəsi çox olduğu və terapiyaya təsir göstərdiyi halda medikamentoz terapiyadan istifadə olunur. Dərman sadəcə dəstəkləyici rol oynayır. Müalicədən etməkdən daha çox simptomları azaltmaq və psixoloji vəziyyəti korreksiya etməyə kömək edir. Bəzi psixoloji problemlər bioloji səbəbdən qaynaqlanır və buna görə də dərman terapiyasına ehtiyac duyulur. Lakin psixoloji səbəblərdən qaynaqlanan problemin terapiyasında dərman heç bir rol oynamır. Psixoterapiya vasitəsilə, problemləri həll etmək, səbəb olan faktorların fərqinə vararaq onları dəyişdirmək öyrədilir.
Psixoloji narahatlıq yaşadığını düşünən insan, ilk öncə psixoterapevtə müraciət etməlidir. Bu şəxs klinik psixoloq və ya psixoterapiya təlimlərindən keçmiş psixoloq da ola bilər. Əgər dəyərləndirmə zamanı dərman terapiyaya ehtiyac duyularsa, bu zaman mütəxəssis pasiyenti psixiatra yönləndirir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qalatasaray"ın yeni transferi İstanbula çatdı
21:17 04.02.2026
Futbol
Ərdoğan İlham Əliyevi təbrik etdi
21:00 04.02.2026
Siyasət
Paşinyanın qızının maaşı yenidən müzakirə olunur
20:32 04.02.2026
Region
Si Cinpin Trampla İranı müzakirə edib - YENİLƏNİB
20:17 04.02.2026
Dünya
"Traktor" Qətər klubu ilə qarşılaşacaq
20:05 04.02.2026
Futbol
Rusiya hərbi nümayəndə heyəti Suriyaya gedib
19:42 04.02.2026
Dünya
“Washington Post” əməkdaşların kütləvi ixtisarına başlayır
19:30 04.02.2026
Media
Ürək köçürülməsi tarixi uğurdur, ancaq... - TƏHLİL
19:24 04.02.2026
Sağlamlıq
Türkiyə Rusiyanı Suriyadan uzaqlaşdırır - Uilson
19:22 04.02.2026
Dünya
Media buraxılmırsa, deməli ciddi razılaşma yaxındır - Ekspert
19:08 04.02.2026
Gündəm
Prezident: Hazırda Ermənistanla ticari münasibətlərimizi artırırıq
18:37 04.02.2026
Dünya
Son 4 ayda 4 rekord: Mask dünyada ilkə imza atdı
18:24 04.02.2026
Dünya
Türkiyə üçün Pəhləvinin önə çıxarılması risklidir - RƏY
18:19 04.02.2026
Gündəm
Mehriban Ələkbərzadəyə vəzifə verildi
17:42 04.02.2026
Media
“Sərhəddə gərginlik yox, sülh üstünlükdədir” - ŞƏRH
17:39 04.02.2026
Gündəm