Kişilər qadınlardan daha tez qocalır
Yusif Nəzərli
04:36 12.10.2022
Sağlamlıq
702
Alimlər bu nəticəyə gəlib ki, bədən-kütlə indeksi də yaşlanmaya təsir edir
“Kişilər qadınlara nisbətən daha çox çəkiyə malikdir, kökəlməyə meyllidir, bu da yaşlanmanı sürətləndirir”
Alimlər kişilərin qadınlardan bioloji olaraq daha sürətlə qocaldığı reallığını ortaya qoyub. “NTV.com.tr”də yer alan məlumatda bildirilir ki, elmi araşdırmalar 50 yaşlı kişilərin eyni yaşda olan qadınlardan ən azı 4 yaş “böyük olduğunu” müəyyənləşdirib.
Finlandiyada aparılmış araşdırma kişilərlə qadınlar arasındakı yaş fərqinin 20 yaşdan sonra hiss edilməyə başladığını müəyyən edib. Haqqında “The Journals of Gerontology: Series A” adlı elmi dərgidə yayımlanan elmi tədqiqat çərçivəsində minlərlə könüllünün xronoloji yaş həddi bioloji yaşlarıyla qarşılaşdırılıb.
Eyni zamanda könüllülərin DNA məlumatlarına bağlı orqanizmin yaşlanma sürətini müəyyən edə bilən testlərdən istifadə edilib. Tədqiqat zamanı 2 min 240 nəfərin bioloji yaş həddi təqib edilib. Qruplar 2 hissəyə ayrılıb: 21-42 yaş arası və 50-76 yaş arası. İnsanların xronoloji yaşı ilə bioloji yaş hədləri arasındakı fərqi bilmək üçün 4 fərqli epigenik saat istifadə edilib. Epigenetika biologiyada DNA quruluşundakı dəyişikliklərdən qaynaqlanan, eyni zamanda irsi gen ifadəsi dəyişikliklərini incələyən elm sahəsidir.
Epigenetik saat ilə yaş həddi genlər boyunca müəyyən bölgələrdə DNA metilyasiya vəziyyəti öyrənilir. Tədqiqat aparan alimlər hansı faktorların orqanizmdə yaşlanmanı sürətləndirə biləcəyini də araşdırıblar.
Məsələn, təhsil illəri nə qədər olub, insan siqaret çəkəndirmi, içkiyə meyllidirmi, idmanla məşğul olurmu, həyat tərzi necədir və sair. Nəticələr bütün qruplar üzrə kişilərin qadınlardan daha sürətlə yaşlandığını göstərib.
Alimlər bu nəticəyə gəlib ki, bədən-kütlə indeksi də yaşlanmaya təsir edir. Kişilər qadınlara nisbətən daha çox çəkiyə malikdir, kökəlməyə meyllidir, bu da yaşlanmanı sürətləndirir.
Həmçinin qadınların kişilərə nisbətən daha gənc qalmasının bir səbəbi də onların kişilərdən fərqli olaraq xüsusi bir hormona – estrogen hormonuna sahib olmasıdır. Məhz bu hormon sayəsində qadınlar daha gec qocalır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya hərbi nümayəndə heyəti Suriyaya gedib
19:42 04.02.2026
Dünya
“Washington Post” əməkdaşların kütləvi ixtisarına başlayır
19:30 04.02.2026
Media
Ürək köçürülməsi tarixi uğurdur, ancaq... - TƏHLİL
19:24 04.02.2026
Sağlamlıq
Türkiyə Rusiyanı Suriyadan uzaqlaşdırır - Uilson
19:22 04.02.2026
Dünya
Media buraxılmırsa, deməli ciddi razılaşma yaxındır - Ekspert
19:08 04.02.2026
Gündəm
Prezident: Hazırda Ermənistanla ticari münasibətlərimizi artırırıq
18:37 04.02.2026
Dünya
Son 4 ayda 4 rekord: Mask dünyada ilkə imza atdı
18:24 04.02.2026
Dünya
Türkiyə üçün Pəhləvinin önə çıxarılması risklidir - RƏY
18:19 04.02.2026
Gündəm
Mehriban Ələkbərzadəyə vəzifə verildi
17:42 04.02.2026
Media
“Sərhəddə gərginlik yox, sülh üstünlükdədir” - ŞƏRH
17:39 04.02.2026
Gündəm
Tramp İranla danışıqları dayandıra bilər
17:23 04.02.2026
Gündəm
Rusiyadakı soydaşlarımız böyük risk altındadır - Fuad Abbasov
17:08 04.02.2026
Gündəm