Ölkənin şimalında və şərqindəki ailələr ölüləri yandırmaq üçün odun satışında qiymətlərin yüksəlməsindən narazıdırlar. Odun qiymətləri hər gün artır. Odun almağa maddi imkanı çatmayanlar koronavirusdan vəfat etmiş doğmalarını, yaxınlarını Qanq sularına “təslim etmək” məcburiyyətində qalır, ya da sahildəki məzarlıqlara dəfn edirlər. Musson yağışları isə 1.550 mil uzunluğundakı su yolunda axıntıların güclənməsinə və sahildə dəfn edilmiş cəsədlərin üzə çıxmasına səbəb olur.
Korona faciəsi dəhşət saçır
Məlahət Rzayeva
23:31 30.06.2021
Sağlamlıq
539
Qanq çayına atılmış cəsədlər yenə sahilə çıxır
Hindistanda faciənin miqyası getdikcə böyüyür. Ölkədə koronaviusa yoluxanların sayı 30 milyonu ötüb, 400 min insanınsa vəfat etdiyi bildirilir. Üstəlik, bu rəqəmlərin aysberqin yalnız görünən tərəfi olması təxminləri də çox güclüdür. “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, hazırda bütün ölkə boyu yaşanan növbəti gərginlik Qanq çayına atılmış cəsədlərin yenə də sahilə çıxmasıdır. Ölkədə bunu “ölülərin xortlaması” adlandırırlar. Cəsədlərin sahilə çıxmasının səbəbi isə mövsümi musson yağışlarının başlamasıyla çaydakı daşqınlardır. Məhz musson daşqınları minlərlə cəsədi sahilə çıxarır, beləcə yüzlərlə Covid “zombi”si Qanq çayı boyunca “üzür”.
Ölkənin şimalında və şərqindəki ailələr ölüləri yandırmaq üçün odun satışında qiymətlərin yüksəlməsindən narazıdırlar. Odun qiymətləri hər gün artır. Odun almağa maddi imkanı çatmayanlar koronavirusdan vəfat etmiş doğmalarını, yaxınlarını Qanq sularına “təslim etmək” məcburiyyətində qalır, ya da sahildəki məzarlıqlara dəfn edirlər. Musson yağışları isə 1.550 mil uzunluğundakı su yolunda axıntıların güclənməsinə və sahildə dəfn edilmiş cəsədlərin üzə çıxmasına səbəb olur.
Ötən ay eyni mənzərə Bihar əyalətində yaşanmışdı. Rəsmilər Uttardan aşağı “üzən” cəsədlərin koronavirusdan vəfat etmiş xəstələrə aid olduğunu bildirirdilər.
Hindlilərin müqəddəs şəhərlərindən biri – Allahabadda son 4 həftədə 150 cəsəd yandırılıb. Hindlilərin dəfn adət-ənənələri də virusun yayılmasına daha artıq yol açır. Hindlilər ölmüş doğmalarını yandıra bilməyib cəsədləri Qanq çayına təslim etdikləri zaman belə, yüzlərlə insan mərasimə tamaşa etmək üçün çayın sahilinə toplaşır. Rəsmi məlumatlarda Qanq sahili boyunca 600-ə qədər cəsəd gömüldüyü bildirilir. Yerli sakinlər sahilin cəsədlərdən təmizlənməyəcəyi təqdirdə
Qanq çayının dünyanın ən çirkli su hövzəsi halına gələcəyini söyləyir.
Bu vəziyyət daha da təhlükəli yoluxucu xəstəliklərin yayılmasına səbəb ola bilər. Hazırda Hindistan polisi və fövqəladə hallar əməkdaşları həm sahildə, həm də çayda cəsədlərin toplanmasıyla məşğuldur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib
13:10 23.08.2026
Rəsmi
Sabah 40 dərəcə isti olacaq
12:50 23.08.2026
Ekologiya
İran Məkkə sazişinə dəvət edildi
12:31 23.08.2026
Aktual
Rusiya Ukraynada sərnişin qatarını vurdu
11:44 23.08.2026
Gündəm
Qazaxda iki minik avtomobili toqquşub, 3 nəfər ölüb
11:15 23.08.2026
Hadisə