“Leş Tofiq”dən sonra “Quş Kamran” peyda oldu! – “Kələkbaz çox, nəzarət az”
Yusif Nəzərli
12:50 07.01.2023
Sağlamlıq
1214
“Toyuq əti bir çox ölkədə olduğu kimi, Azərbaycanda da ən çox yeyilən qidalardandır. Yemək nə qədər faydalı olsa da, sənaye üsulu ilə hazırlanan toyuqlarla qidalanmağın zərərli tərəfləri də var”.
Bunu “Sherg.az”a qida mütəxəssisi Asim Vəliyev Tərtərdə mənşəyi məlum olmayan toyuq əti satışının aşkarlanması barədə danışarkən bildirib. Qida tədqiqatçısının sözlərinə görə, məlum istiqamətdə qida ekspertlərinin açıqlamaları, müxtəlif araşdırmalar istehlakçıları kənd toyuğu almağa vadar edir:
“Bunu bilən işbazlar artıq alıcıları aldatmaq üçün bazara kənd toyuğu adı ilə heç bir təhlükəsizlik və gigiyenik şərtlərə riayət etmədən yetişdirilən və kəsilən toyuqları çıxarırlar. Sözügedən sahədə nəzarətedici qurum olaraq, Qida Təhlükəsizliyi Agentliyi müvafiq addımlar atır, monitorinqlər həyata keçirir. Lakin fiziki cəhətdən analoji halların öhdəsindən gələ bilmir. Çünki kələkbazlar çox, aidiyyəti qurumun əməkdaşları isə azdır.
Bu kimi durumların baş verməsini ancaq ictimai nəzarəti gücləndirməklə əngəlləmək mümkün olar. Aidiyyəti qurum və vətəndaş cəmiyyəti təşkilatlarının birgə əməkdaşlığına ciddi zərurət var. Vətəndaş cəmiyyəti qurumunun təmsilçiləri olaraq, adıçəkilən istiqamətdə artıq 6 ilə yaxındır ki, maarifləndirici tədbirlər reallaşdırırıq.
Həmçinin paytaxtda və regionlarda ictimai yoxlamalar həyata keçirir, müxtəlif layihələr icra edirik. Dəfələrlə AQTA-ya qida təhlükəsizliyinə ictimai nəzarəti gücləndirmək yönündə birgə çalışmaq üçün şifahi və yazılı müraciət etdik. Lakin müsbət cavab ala bilmədik. Eyni zamanda oxşar halların qarşısını media və QHT əməkdaşlığı çərçivəsində maarifləndirici silsilə yazılar, TV-lərdə bilgiləndirici sosial roliklər yayımlamaqla qismən də olsa, ala bilərik”.
Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyinin nəzarət tədbirləri çərçivəsində Tərtər rayonunda Kazımov Kamran Vladik oğluna məxsus 99-RR-148 dövlət qeydiyyat nişanlı, “Gelly” markalı ağ rəngli minik avtomobilinin yük yerinə baxış keçirilib. Axtarış zamanı mənşəyi məlum olmayan quş ətləri aşkar olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi