Mövsümi xəstəliklərdən olan qripdən qorunmaq üçün...
05:09 10.09.2024
Sağlamlıq
645
Payız artıq qapıdadır
Qarşıdan gələn payız-qış mövsümündə ölkə ərazisində kəskin respirator virus infeksiyalarının yayılması gözləniləndir.
Bu barədə Səhiyyə Nazirliyinin qrip əleyhinə vaksinasiya ilə bağlı müraciətində deyilib. Bildirilib ki, bununla əlaqədar, əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin gücləndirilməsi məqsədilə Səhiyyə Nazirliyi tərəfindən ölkəyə mövsümi qrip əleyhinə “Abbott” şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksək keyfiyyətli vaksin preparatları gətirilib: "Səhiyyə Nazirliyinin müvafiq Əmrinə əsasən 10 sentyabr 2024-cü il tarixindən vaksinasiyaya başlanılır. Respirator xəstəliklərə görə yüksək risk qrupuna aid olan səhiyyə işçilərinin, hamilə qadınların və xroniki tənəffüs sistemi xəstəlikləri olan 6 aylıqdan yuxarı əhalinin qış mövsümündə qripə qarşı peyvənd olunması xüsusilə vacibdir. Həmçinin cari ilin noyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə keçirilməsi ilə bağlı dünyanın müxtəlif ölkələrindən Azərbaycana çoxsaylı qonaqların səfəri gözlənilir".
Qeyd edək ki, əhalinin sağlamlığının qorunması və kəskin respirator virus infeksiyalarına yoluxma hallarının qarşısının alınması məqsədilə Səhiyyə Nazirliyi sözügedən əhali qrupları ilə yanaşı COP29-la bağlı tədbirlərə cəlb olunan vətəndaşları mövsümi qripə qarşı peyvənd olunmağa çağırıb. Bildirilib ki, qripə qarşı peyvənd olunmaq istəyən şəxslər yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrinə müraciət edə bilərlər.
Pulmonoloq Nicat Ağayev isə “Sherg.az"a açıqlamasında deyib ki, payız artıq qapıdadır və mövsümi xəstəliklərdən olan qripdən qorunmaq üçün peyvənd vurulması önəmlidir:
“Qrip Kəskin Respirator Virus İnfeksiyaları (KRVİ) ailəsinə daxil olan xəstəliklərdən biridir. İnfluenza virusunun törətdiyi infeksion xəstəlik zamanı ortaya çıxır və daha çox qızdırma, əzələ ağrısı, halsızlıq kimi əlamətlərlə özünü büruzə verir. Amma risk qrupuna daxil olan: yaşlı və ya xroniki xəstəliyi olan insanlarda ölümcül, viral pnevmaniya dediyimiz xəstəliklərə də səbəb ola bilir. Qrip peyvəndi risk qrupuna aid olanlarda yarana biləcək fəsadların qarşısını alır”.
Həkim deyib ki, təkcə risk qrupuna aid olan şəxslər yox, hər kəs qrip peyvəndi oluna bilər: “Qrip virusu hər il oktyabrdan başlayaraq dekabra qədər artır, aprel-may aylarında da çox müşahidə edilir. Ona görə, qrip peyvəndi hər il oktyabr ayında vurulmalıdır. Ancaq risk qrupunda olanlar daha əvvəl peyvənd vurdurmadıqları halda, onlar fevral ayına qədər peyvəndlənə bilər. Peyvənd bütün dünyada 60 ildən artıqdır ki, istifadə olunur və 70 faizdən çox hallarda vətəndaşları qripə yoluxmaqdan qoruyur, risk qrupuna daxil olanlarda yarana biləcək fəsadların (məsələn, ağır ağciyər infeksiyaları) qarşısını alır. Xəstəliyin qarşısının alınmasında peyvəndlə yanaşı, əl gigiyenasının təmin edilməsi və ümumi sağlamlıq tədbirlərinə (qidalanma, fiziki fəaliyyət və yuxu rejimi) diqqət yetirilməsi, kütləvi toplaşmalardan və xəstələrdən uzaq durmaq mühüm əhəmiyyət kəsb edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial
Brüsseldə keçiriləcək Aİ sammitində büdcədə irəliləyiş gözlənilmir
10:55 15.10.2026
Gündəm
Makaronun süzdükdən sonra suyunu tökməyin
10:47 15.10.2026
Sosial
ABŞ İrana "bombaların anası" ilə zərbə endirəcək
10:35 15.10.2026
Dünya
Hollivud ulduzu zorakılıq iddiasına cavab verib
10:20 15.10.2026
Şou
Meloni ABŞ-Rusiya dizel razılaşmasını riskli adlandırıb
10:14 15.10.2026
Gündəm
Bakıda Azərbaycan və İtaliya hərbçilərinin ekspert görüşü keçirilib
10:11 15.10.2026
Hərbi
Tramp: Mediaya məlumat sızdıran məmurlar güllələnməlidir
09:59 15.10.2026
Gündəm