Ölən uşaqların sayı 9-a yüksəldi
Yusif Nəzərli
22:38 06.12.2022
Sağlamlıq
552
“Strep A” infeksiyasının artması mütəxəssislərdə narahatlıq yaradıb
Böyük Britaniya Səhiyyə Mühafizə Agentliyi (UKHSA) son 1 həftə içində İngiltərə və Qalliyada “Strep A” diaqnozu qoyulduqdan sonra bakteriyaların yaratdığı invaziv GAS xəstəliyinə yoluxma səbəbindən vəfat edən uşaqların sayının 9-a yüksəldiyini açıqlayıb. Vəfat edənlərin hamısı 10 yaşa qədər uşaqlardır. Bu fakt dünya miqyasında narahatlıq yaradıb, xüsusən valideynlər arasında qorxu və təşvişə səbəb olub. UKHSA məlumatına görə, bu il İngiltərədə 1-4 yaş arası 100 min uşaqdan 2,3 faizinə "Strep A" diaqnozu qoyulub.
Bu göstərici pandemiyadan əvvəlki göstəricilərdən dəfələrlə yüksəkdir. Agentlik son bir neçə həftə ərzində uşaqlar arasında aşağı tənəffüs yollarında "Strep A" infeksiyasının ciddi xəstəliyə səbəb olduğunu müəyyən edib. A qrupu strep bakteriyaları yüngül xəstəliklərdən tutmuş ən ağır xəstəliklərədək bir çox infeksiyalar yarada bilir. Lakin indiyədək bu infeksiyaların ölümə gətirib çıxardığı halları olmamışdı. Uşaqlar arasında ölüm faktlarının artması mütəxəssislərdə narahatlıq yaradıb. Və ciddi araşdırmaların aparılması vacibliyini önə çəkib. Mütəxəssislər hesab edir ki, "Strep A" virusunun geniş yayıldığını söyləmək tezdir, lakin virusun yayılma səbəbi bakteriyaların sayının çoxluğu və sosiallaşmadır. Virusa bulaşmış bir uşağın sosial əhatəsi genişdirsə, virusun digər uşaqlara yayılma ehtimalı da yüksəlir.
"Sterp A" və ya A qrupu steptokok bakteriyaları boğazda və dəridə əmələ gələn bakteriya növüdür. İnsanlarda adətən konkret hansısa əlamətlərlə özünü göstərmir. Amma burun, boğaz və ağ ciyərlərdə fərqli xəstəliklərə səbəb olur. Xəstəliyin əlamətləri boğaz ağrısı, udqunmada çətinlik, ağrı, qızdırma, badamcıqların rəngində ağarma və şişkinlik, boyun vəzlərinin şişməsi, dəri quruluğuyla özünü göstərir. Nəticədə badamcıqlarda iltihab, farangit, dəri infeksiyaları, selülit, saturasiya pozğunluğu yaranır.
Boğaz infeksiyaları çox zaman tez sağalır. Dəri infeksiyalarının müalicəsi isə antibiotik tələb edə bilər. Bakteriyalar invaziv GAS xəstəliyinə səbəb olduqda isə vəziyyət dəyişir və daha ciddi müalicəyə ehtiyac yaranır. İnvaziv GAS xəstəliyinin ən ağır növləri Streptokokal Toksik Şok sindromu və “Nekrotizan Fasiit” dir ki, buna “ət yeyən xəstəlik” də deyilir. Bu, toxumaların pozulmasına gətirib çıxarır. Şiddətli əzələ ağrısı, yüksək hərarət, bədənin hansısa hissəsində ağrılar, yara olan hissədə qızartılar, qusma və ya ishal bu xəstəliyin əlamətləridir. Bu əlamətlər varsa, həkimə təcili müraciət edilməlidir. "London College" Universitetinin Yoluxucu Xəstəliklər və Pandemiya Tədris Proqramı üzrə əməkdaşı Oksana Pysik "Strep A"-nın ümumi halda qrip şəklində ortaya çıxa biləcəyini söyləyib. Qriplə "Strep A"-nı fərqləndirmək üçün uşaqların dilinin üstünə diqqət edilməlidir.
Dilin üzərində ağ köpüyə oxşar görüntü yaranıbsa, təcili müalicəyə başlanmalıdır. Pysik, “bunu valideynlər narahat olsun yox, sadəcə, müalicə üçün vaxt itirməsinlər deyə bildiririk”, - söyləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Al Jazeera”: İran geri addım atmağa hazırdır
16:45 23.03.2026
Region
Trampın bu açıqlamasından sonra neft kəskin ucuzlaşdı
16:22 23.03.2026
Dünya
Rəsmi Bakı Rusiya XİN-ə cavab verib, Moskvadan izahat gözləyir
15:58 23.03.2026
Siyasət
MN: Bakı və Abşeronda PUA-larla təlim-məşq uçuşları keçiriləcək
15:51 23.03.2026
Hərbi
Putin azərbaycanlı alimi təltif edib
15:44 23.03.2026
Dünya
Abbas Əraqçi Hakan Fidanla raket hücumu barədə danışdı
15:35 23.03.2026
Gündəm
Albaniyada hökumət binasına hücum edildi
15:22 23.03.2026
Dünya
XİN Pakistan xalqını təbrik edib
14:14 23.03.2026
Siyasət
ABŞ İranda quru əməliyyatına başlasa... - Rudenko
13:52 23.03.2026
Dünya
Fransanın sabiq Baş naziri vəfat edib
13:20 23.03.2026
Dünya
Çin lideri İlham Əliyevi təbrik edib
13:07 23.03.2026
Rəsmi
Müctəba Xameneinin son durumu açıqlandı
13:00 23.03.2026
Dünya