Ölkədə influenza virusu kəskin yayılıb
Yusif Nəzərli
14:07 25.01.2023
Sağlamlıq
755
5 gündən çox davam edən yüksək temperatur artıq ağırlaşmadan xəbər verir
“Bu virus və bakteriyalar isti, rütubətli şəraitdə yaşamağı sevirlər, təmiz, soyuq havada isə tez məhv olurlar. Ona görə otağın havasını gün ərzində bir neçə dəfə dəyişmək və uşağı havaya çıxartmaq lazımdır”
Son zamanlarda uşaqlar və böyüklər arasında kəskin virus yayılıb.
Pandemiyadan sonra bu tip virusların sayında artım müşahidə edilir. Bu viruslar əsasən qış aylarında daha çox müşahidə edilir.
Maraqlıdır, görəsən, uşaqlar bu viruslardan necə qoruna bilərlər?
Mövzu ilə bağlı pediatr Qoşqar İsmayılov Lent.az-a açıqlamasında bildirib ki, son iki həftə ərzində yayılan viruslar influenza viruslarıdır.
Onun sözlərinə görə, bu viruslar uşaqlarda və böyüklərdə yüksək hərarət, boğaz ağrısı və angina formasında müşahidə edilir. Bu cür hallarda mütləq şəkildə həkimə müraciət edilməlidir. Həkimin müayinəsindən sonra müalicəyə başlamaq lazımdır. Profilaktiki olaraq təbii ki, sağlam qidalanmaya üstünlük verilməli, yuxu rejimi normallaşdırılmalı və qapalı məkanlarda çox qalmamalıyıq. Əgər bağçada, məktəbdə xəstə olan və ya virusa yoluxan varsa, uşaqları məktəbə və bağçaya göndərməməliyik".
Pediatr Səbinə Abbasquluzadə isə “Şərq”ə açıqlamasında bildirib ki, koronavirusla əlaqədar qapanma dövründə qrip virusunun daha aqressiv ştammları yaranaraq hazırda xəstəliklərin daha ağır keçməsinə səbəb olur:
“COVID-19 pandemiyası dönəmində hamı evə qapandı, steril həyat tərzi keçirdi. Birdən-birə o steril həyatdan yenə əvvəlki həyat rejimimizə dönməyimizlə əlaqədar olaraq tənəffüs yolunun yoluxucu xəstəliklərinə daha çox məruz qalırıq.
Əslində isə qrip virusu və onun törətdiyi xəstəliklər həmişə olub.
Tibbi adı influenza olan qrip virusu tərəfindən törədilən bu xəstəlik hava-damcı yolu ilə yoluxur, yəni xəstə insan danışdıqda, öskürdükdə, asqırdıqda asanlıqla ətrafdakı sağlam şəxsləri yoluxdurur.
Əsas əlamətləri ani başlayan yüksək temperatur, baş ağrısı, boğaz ağrısı, əzələ ağrıları, halsızlıq, uzun sürən öskürək, burun axıntısı, qusma, ishaldır.
5 gündən çox davam edən yüksək temperatur isə artıq ağırlaşmadan xəbər verir.
Kəskin otit, pnevmoniya, inaq, febril qıcolma, ensefalit kimi təhlükələrə yol açır”.
Xəstəlikdən sağalmamış, ya da sağalandan qısa müddət sonra təkrar yoluxma səbəblərinə gəldikdə isə pediatr bunun havasızlıqdan olduğunu deyib:
“Virus və bakteriyalar isti, rütubətli şəraitdə yaşamağı sevirlər, təmiz, soyuq havada isə tez məhv olurlar. Ona görə otağın havasını gün ərzində bir neçə dəfə dəyişmək və uşağı havaya çıxartmaq lazımdır. Otağın temperaturunu 22 dərəcədə saxlamaq lazımdır”.
S.Abbasquluzadə həmçinin qeyd edib ki, qətiyyən həkim məsləhəti olmadan özbaşına antibiotik müalicəsinə başlamaq olmaz.
Çünki bu, virus infeksiyasıdır, antibiotik isə bakterial infeksiya zamanı verilir. Antibiotik o zaman verilə bilər ki, bakterial ağırlaşma olsun: “Həkim məsləhəti olmadan özbaşına antibiotik vermək olmaz, onun dozası dərmanın içlik vərəqəsindəki kimi deyil, həkim tərəfindən xəstəliyin gedişatı və uşağın çəkisinə görə hesablanır.
Yersiz verilən antibiotiklərə qarşı uşaqda davamlılıq yaranır və növbəti dəfə xəstələnəndə artıq o antibiotik kömək etmir və ondan “güclüsünü” yazmaq məcburiyyətində qalırıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi
1698-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
17:44 18.10.2026
Dünya
Sumoçumuz Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb
17:28 18.10.2026
İdman
Zelenski: ABŞ kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
17:13 18.10.2026
Dünya
Bu ölkədə etirazlar: Baş nazir Rusiya və İranı ittiham etdi
16:40 18.10.2026
Dünya
“Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub
16:14 18.10.2026
Futbol
Makron xalqa müraciət edəcək
15:56 18.10.2026
Gündəm
Müdafiə naziri: Ukrayna müharibədə heç vaxt qalib gələ bilməyəcək
15:37 18.10.2026
Dünya