
Professor: Çöpçülüyün əsası fırıldaq əsasında qurulub
11:17 13.02.2025
Sağlamlıq
550
Uşaqlarda yad cismin udulması halı yaşanarsa, valideynlər öncə çöpçüyə yox, mütəxəssislərə müraciət etsinlər.
“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyi K Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun uşaq cərrahı Umud Musayev “Uşaqlarda yad cismin udulması” mövzusunda danışarkən bildirib.
O bildirib ki, tibbi savadı olmayan şəxslərin sözügedən halla əlaqədar uşaqlara müdaxiləsi düzgün deyil:
“Bu işlə mütəxəssislər məşğul olmalıdır. Əgər uşaq yad cisim udubsa, mütləq həkimə müraciət edilməlidir. Çünki çöpçülər həyati təhlükə yarada biləcək hallara yol verir. Biz çöpçülərdən gələn ağır halları görürük”.
Professor Adil Qeybulla “Sherg.az”a açıqlamasında deyib ki, bütün tibbi prosedurların, istər diaqnostik, istərsə də müalicəvi aparılma qaydaları var:

“Bunlar hamısı hər bir ölkədə dövlət reyestrinə daxildir. Yəni səhiyyə məhsulu olan qurumların reyestri var ki, ölkə ərazisində həmin diaqnostika müalicə üsulunun aparılmasına icazə verilir. Çöpçü dediyimiz anlayış qədim zamanlarda el arasında olan bir adət olub. özünü də doğru. Birincisi bunlarda aseptika, və sterillik anlayışı yoxdur. İkincisi isə çöpçülüyün əsası fırıldaq əsasında qurulub. Təəssüflər olsun ki, bunu bəzi adamlar şişirdirlər, özlərini yalandan aldadırlar və çöpcüyə gedirlər. Bəzən olur ki, uşaqda boğaz iltihabı, angina, udlaq arxası abses olur və insanlar gedir, çöpçü yanına çöpçü isə həmin absesi basır. Ola bilər ki, abses boşalır və bir müddət uşağın vəziyyəti düzəlir. Bu cür epizodlarda valideynlər arasında şişirdilir. Amma bir şeyi nəzərə almaq lazımdır ki, bunlar əks nəticə də verə bilər, ağırlaşmalar ola bilər. Hesab edirəm ki, biz elmi əsasda tibbi prosedurlardan kənara çıxmamalıyıq. Bu cür situasiyalarda birinci növbədə xəstəxanaya müraciət edərək tibbi yardım almaq lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
NATO Baş katibi: Vahid Avropa ordusu ideyasına ehtiyac yoxdur
17:46 14.10.2026
Gündəm
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb
17:27 14.10.2026
Gündəm
Lavrov Bakıya gəldi
17:23 14.10.2026
Gündəm
Rusiya müharibəni qələbə qazanmadan dayandırmayacaq - POLİTOLOQ
17:02 14.10.2026
Gündəm
Ermənistan Türkiyə sərhədinin açılmasına möhtacdır - ŞƏRH
17:01 14.10.2026
Gündəm
Əməkdar jurnalist Ənvər Qafarlı vəfat edib
16:49 14.10.2026
Cəmiyyət
Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi
16:24 14.10.2026
Gündəm
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial
Pensiya alanlara ŞAD XƏBƏR!
14:00 14.10.2026
Sosial