
Professor: Zəhərlənmələr daha çox səhlənkarlıqdan, məsuliyyətsizlikdən qaynaqlanır
Yusif Nəzərli
14:06 03.01.2025
Sağlamlıq
555
Bayram günü Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə şübhəsi ilə bağlı 28 müraciət daxil olub.
"Sherg.az" xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Bildirilib ki, 31 dekabr tarixində müraciət edənlərdən 14-ü alkoqol , 5-i dərman, 6-si dəm qazı, 2-si allergik reaksiya, 1 nəfər isə botilizmlə zəhərlənib. Zəhərlənən şəxslərə zəruri tibbi xidmətlər göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.

Hər bayramda qida zəhərlənmələrinin diqqətçəkən dərəcədə artdığını xatırladan tibb eksperti, professor Adil Qeybulla “Sherg.az”a açıqlamasında zəhərlənmə hallarının səhlənkarlıqdan, insanların məsuliyyətsiz davranışından qaynaqlandığını deyib. Həkimin sözlərinə görə, qida toksik infeksiyalarından, qida zəhərlənmələrindən qorunmağın birinci yolu, düzgün qidalanmadır: "Zəhərlənmələr nədən baş verir? Qidaların düzgün saxlanılmamasından,düzgün istifadə olunmamasından, qidaların konservləşdirmə prosesinin düzgün aparılmamasından və sair.
Bizim Azərbaycan xalqı da bayrama xüsusi hazırlaşır, cürbəcür yeməklər, şirniyyat bişirirlər. Halbuki yeməyin də bir qayda-qanunu, bir həddi var. Bayramdı deyə, vaxtsız-vədəsiz yemək qəbul etmək düzgün deyil. Bir tərəfdən də boyat yeməklər vəziyyəti ağırlaşdırır. Plov yağlı, ağır yeməkdir. Digər milli yeməklərimizdə də yağlılıq yüksək faizdədir. Bir gün əvvəl hazırlanmış, boyatlaşmış yağlı yemək mədə-bağırsaq pozuntusuna gətirib çıxara bilər. Nizamsız yemək, yağlı yemək, üzərindən şirniyyat, payızda konservləşdirilmiş məhsullardan istifadə etmək, bunlar hamısı zəhərlənmə ehtimalını artırır. Pomidor turşusu, xiyar turşusu, başqa tutmalar digər ərzaqlarla qarışdıqda zəhərlənməyə gətirib çıxara bilər. Bəlkə də bu yeməklər uzun müddət kənar təsirlərə, çirklənməyə məruz qalır və bu da tərkiblərində müxtəlif bakteriyaların yaranmasına səbəb olur. Yeməklər böyük həcmdə hazırlanır, axşam bişirilmiş xörək ertəsi gün də süfrəyə gətirilir, nəticədə zəhərlənmə üçün şərait yaranır".
Statistik məlumatda alkoqollu içkidən zəhərlənmə faktlarının çoxluq təşkil etməsinə gəldikdə isə terapevt qeyd edib ki, əksər hallarda spirtli içkilər standartlara cavab vermir. Bu da ilk növbədə onların düzgün texniki standartlara uyğun hazırlanmaması ilə bağlıdır: "Spirtli içkilərin müəyyən dozası var. Həmin dozanı keçdikdə yuxu effekti yarada, hətta ölümə də gətirib çıxara bilər. Satışda olan içkilərin əksəriyyəti texniki standartlara cavab vermir. Onlar müxtəlif yerlərdə hazırlanmış içkilərdir. Təəssüflər olsun ki, bu məsələ çox nəzarətsizdir. Digər tərəfdən isə spirtli içkiləri qəbul edən şəxslər dozaya məhəl qoymurlar. Bu da ki, orqanizmdə ciddi dəyişikliklər yaradır. Orqanizm dozanı qəbul etmədikdə onu orqanizmdən kənar etməyə çalışır. Qusma, ümumi halsızlıq əlamətləri olur. Bu alkoqol zəhərlənməsi kimi dəyərləndirilə bilər”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağ Ev Pentaqona İrana zərbələrlə bağlı tapşırıq verdi
02:46 08.10.2026
Son dəqiqə
Tramp FTB-ni həyat yoldaşı və oğlunu izləməkdə ittiham edib
01:21 08.10.2026
Aktual
Qətər sahillərində tankerə zərbə endirildi
00:59 08.10.2026
Gündəm
KİV: İran və ABŞ arasında vasitəçilik səyləri dalana dirənib
00:20 08.10.2026
Aktual
Əgər mənə Nobel mükafatını verməsələr... - Tramp
22:39 07.10.2026
Dünya
Şirvanda 18 yaşlı gənc bıçaqlanıb
22:02 07.10.2026
Hadisə
Sabunçuda hərəkət qismən məhdudlaşdırılacaq
21:37 07.10.2026
Cəmiyyət
Litva Kalininqrad sərhədinə ordu yerləşdirmək istəyir
21:20 07.10.2026
Dünya
Lerikdə iki yol qəzası olub, xəsarət alanlar var
20:40 07.10.2026
Hadisə
Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi
20:31 07.10.2026
Sosial
Prezident Messidən danışdı: İnanılmazdır!
20:23 07.10.2026
Futbol
Zelim Tçkayev: Rəqibim güclü idi, heç bir bəhanə yoxdur
20:12 07.10.2026
İdman
Rusiya Çerniqova hücum etdi: 18 ölü, 55 yaralı
20:04 07.10.2026
Gündəm
Ukrayna beş fərqli atəşkəs formatı üzərində işləyir
19:40 07.10.2026
Dünya
Messidən sonra Argentina millisində 10 nömrə üçün 3 namizəd
19:33 07.10.2026
Futbol