Qanın laxtalanması və trombun əmələ gəlməsi
02:36 04.12.2022
Sağlamlıq
963
Sağlam insanda fəaliyyət göstərən trombositar - damar sistemi və koaqulasyon hemostaz damar divarının tamlığını təmin edir. Normalda kiçik damarlar zədələnəndə, qanaxma 1 - 2 dəqiqəyə dayanır. Bu əsasən trombasitlərin çökməsi və aqreqasiyası, az dərəcədə isə damarların spazmı hesabına baş verir.
Bu prosesdə aparıcı rolu qan damarı divarının zədələnməsi, subendoteliail toxuma strukturunun, xüsusilə kollagenin aşılanması oynayır. Kollagenin və subendotelin tərkibində olan Villebrand faktorunun təsiri altında trombositlərin cəld aktivləşməsi baş verir. Bu zaman trombositlər öz formasının dəyişir, şişir, tikanabənzər çıxıntı əmələ gətirir, yaranın kənarında birləşdirici toxuma lifinə yapışır. Zədələnmiş damar divarının subendotelinə trombositlərin çökməsi damar trombohemostazının başlanğıc mərhələsi hesab olunur.
Eyni zamanda zədələnmiş hüceyrələrdən ifraz olunan katexolaminlər, serotonon və kallogen trombositlərin aqressiya qabiliyyəti artır. Bu zaman trombositlərdən elektron sıxlıqlı qranullu trombosit tərkibli maddələr əmələ gəlir. Bu maddələr qanın laxtalanma qabiliyyətinin artmasına səbəb olur.
Yada salmaq lazımdır ki, trombositlər tromb əmələ gətirən nahiyədə lokal laxtalanmanın intensivliyinə və sürətinə təsir edir.
Plazma azad olunmuş lövhə faktorları və toxuma trombositlərin qarşılıqlı təsiri nəticəsində qanın laxtalanması baş verir. Birincili hemostaz sahəsində az miqdarda trombin yaranır. Bu bir tərəfdən trombositlərin geridönməz prosesini başa çatdırır, digər tərəfdən fibrin əmələ gəlməsinə səbəb olur.
Koronar aterosklerozlu xəstələrdə trombosit-damar hemostazının aktivləşməsi koronar ürək çatışmazlığının yaranma prosesində aktiv iştirak edir. Endotel örtüyün çoxsaylı qüsuru trombun əmələ gəlməsinin səbəblərindən biridir.
Beləliklə, ürəyin işemik xəstəliyi olan adamların qanında trombun əmələ gəlməsi, həmçinin trombdan qopmuş fraqment emboliyanın formalaşmasına səbəb olur. Bu hal ən çox qeyri-stabil stenokardiya və kəskin infarkt keçirən xəstələrdə bvaş verir.
Trombun əmələ gəlməsində risk faktorları:
- ürəyin işemik xəstəlikləri
- hiperlipidemiya
- şəkərli diabet
- yüksək arterial təzyiq
- trombögen amillər
- siqaret çəkmə
- mənfi emosiyalar
- piylənmə
- az hərəkətli həyat tərzi
- irsi faktorlar
- qanın laxtalanma sisteminin pozulması.
Qanda trombun əmələ gəlməsi aşağıdakı xəstəliklərə səbəb ola bilir:
- stenokardiya
- ürək ritminin pozulması
- ürək çatışmazlığı
- qəfləti ölüm.
(milli.az)
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi