
"Qarpız aldım bal kimi, yedim zəhrimar kimi" -Professor diqqətli olmağa ÇAĞIRDI
10:43 20.06.2024
Sağlamlıq
613
Paytaxt bazarlarında artıq qarpız və qovun satışa çıxarılıb.
Hazırda bazarda satılan qarpız örtük altında yetişdirilən, yəni istixana qarpızdır.
Satıcılar deyir ki, hazırda qarpız və yemiş müəyyən gübrələr vasitəsilə yetişdirilir.
Amma, alıcılar arasında qarpız və yemişi yalnız mövsümündə almağa üstünlük verənlərlə də rastlaşdıq:
Satıcılar isə məhsulun bazara təzə gətirildiyindən qiymətlərin də baha olduğunu deyirlər.
Qastroenteroloq Sevindik Arazov "Xəzər Xəbər”ə açıqlamasında qeyd edib ki, qarpız zəhərlənməsi onun tərkibində olan nitratdan baş verə bilər.
Bostan şəraitində yetişdirilən qarpızın tərkibində nitratın miqdarı 1 kiloqramda 60 mq, istixana şəraitində isə 90 mq miqdarında ola bilər.
Mütəxəssis qeyd edib ki, qarpız və yemiş məhsulları soyuducuda uzun müddət saxlanıldıqda keyfiyyətini itirir, daxildə müəyyən çürümə prosesləri gedir və müəyyən toksiki maddələr artır. Buna görə də qarpız və yemiş kəsildikdən sonra bir və ya iki gün ərzində istifadə olunmalıdır.
Tibb elmləri doktoru professor, Adil Qeybulla "Sherg.az"a bildirib ki, mövsumi olmayan meyvələrdən və onların istifadəsindən problemlər yaşanmaqda davam edir:

“Qarpız kimi tərkibində su saxlayan meyvələrdə zəhərlənmə halları daha çox müşahidə edilir. Vaxtından əvvəl yetişdirilən meyvələr süni iqlim şəraitində yetişdirilir. Bunların yetişdirilməsi üçün müxtəlif üsullardan istifadə olunur. Yəni zərərvericilər ilə mübarizə üçün müxtəlif toksiki maddələr tətbiq edilir ki, bunun da müəyyən qədəri bitkinin tərkibinə keçə bilir. Qarpız kimi sulu meyvələrin tərkibində olan ağ zoğlar çox olarsa, yemək olmaz. Zəhərlənmə halları çox vaxt bu səbəbdən baş verir. Mövsumi olmayan meyvələri həddən artıq yemək lazım deyil. Lakin nəfsə qalib gəlmək üçün bir qədər yemək kifayətdir. Həddən artıq yeyən zaman qəbul olan toksiki maddələrin kumilisiyası artır. Bunların hər biri zəhərlənməyə təsir edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya