
“Şəhərdə anti-sanitar qaydada ət satan yerlər var”
Yusif Nəzərli
11:38 19.10.2022
Sağlamlıq
1110
“Elə necə gəldi kəsib asırlar. Bir mütəxəssis olaraq yaxınlaşıb, deyirəm ki, onu soyuducuya qoyun. Ət riskli məhsullardandır”
“Yalandan üstünə tənzif də örtürlər ki, guya milçək qonmasın. Anlamırlar ki, onun üzərinə milçəkdən əlavə hər saatda milyardlarla bakteriyalar toplaşır”
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb. Nəticədə Bakı və Xaçmazda bir sıra heyvan kəsimi məntəqələrində nöqsanlar aşkar olunub. AQTA-dan verilən məlumata görə, aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 9 məntəqədə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.

Qida üzrə baş mütəxəssis Ağa Salamov məsələ ilə bağlı "Sherg.az"a danışarkən bildirib ki, dəfələrlə insanlara “Küçədə kəsilən, açıq havada satılan ət məhsullarını almayın” deyə xəbərdarlıq edilib:
"Regionlar bir yana, hələ şəhərin mərkəzində Yasamalda açıq havada, asılmış ət satılır. Bunların qarşısı alınsa, yaxşı olar. Biz yaxşı bilirik ki, o əti satanlar kimlərdir. Amma dövlət üçün hamı birdir.
Qaydanı pozan hər kəs eyni cəzanı almalıdır. Şəhərdə anti-sanitar qaydada ət satışının həyata keçirildiyi kifayət qədər yerlər var. Onların şəkillərini çəkib AQTA-ya da göndərmişik. Bütün ət kəsimi məntəqələrinin soyuducu ilə təmin olunmasına baxmayaraq, heç bir satış yerində kəsilmiş ət soyuducuya qoyulmur. Elə necə gəldi kəsib asırlar.
Bir mütəxəssis olaraq yaxınlaşıb, deyirəm ki, onu soyuducuya qoyun. Ət riskli məhsullardandır. O normal otaq temperaturunda, havadan asılı vəziyyətdə qalanda mikrobioloji çirklənməyə məruz qalır. Həmin müəssisələr deyir ki, guya bunlar kəsən kimi satırlar. Yaxşı tutaq ki, bir qisimini elə satdınız. Axı digər qismi sallaq şəkildə qalır orda. Yalandan üstünə tənzif də örtürlər ki, guya milçək qonmasın. Anlamırlar ki, onun üzərinə milçəkdən əlavə hər saatda milyardlarla bakteriyalar toplaşır. Bu da insanlarda qida zəhərlənmələrinə yol açır. İmmunitet sistemi zəif olan insanlarda uşaqlarda, yaşlılarda müəyyən fəsadlar əmələ gətirir. Bir çox ət satış məntəqəsinə girsək, bu mənzərə ilə qarşılaşacağıq".
Mütəxəssis diqqətə çatdırıb ki, qida təhlükəsizliyinə əsaslanan HACCP qaydalarına, Kritik Nəzarət Nöqtələri sisteminə görə ət kəsilən kimi soyuducuya qoyulmalıdır. Əvvəlcə bu adamlarla maarifləndirmə işi aparılmalı və onlar gec olmadan kəsdikləri əti soyuducuya qoymağı öyrənməlidirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Aİ Rusiyaya qarşı yeni sanksiyaları qəbul etməkdə aciz qala bilər
21:31 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi