Səhiyyə Nazirliyi isti hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
12:40 05.07.2024
Sağlamlıq
624
Açıq havada, xüsusilə isti yay günlərində günəşin altında olmağın ən optimal vaxtı səhər 10-a kimi və axşam 6-dan sonra hesab olunur.
"Sherg.az" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Azərbaycanda müşahidə olunan isti hava şəraiti ilə əlaqədar müraciətində qeyd edilib.
Bildirilib ki, yay mövsümündə müşahidə olunan isti hava şəraiti ilə əlaqədar istivurma və günvurma kimi insan sağlamlığına ziyanlı hallar baş verə bilər. Bu zaman orqanizmin ümumi isinməsi, bədən hərarətinin yüksəlməsi və nəticədə vacib funksiyalarının pozulmasına səbəb olur:
"İstivurma və günvurmanın əsas əlamətləri – üzün qızarması, şiddətli baş ağrısı, başgicəllənmə, gözlərin qaralması, ürəkbulanma, qusma, burundan qanın axması və görmə qabiliyyətinin pozulmasıdır. Günvurma və ya istivurmaya məruz qalan şəxsi dərhal təmiz havaya, kölgəyə, sərin və normal ventilyasiya olan yerə çıxartmaq lazımdır.Yay aylarında ilk növbədə yetərincə maye qəbul edilməli və orqanizmi həddindən artıq istilənməkdən qorumaq tövsiyyə edilir".
Müraciətdə vurğulanıb ki, bu mövsümdə meyvə və tərəvəzlərin mütəmadi istehlakının faydaları çoxdur:
"Onlar vitamin, mineral deposu olmaqdan əlavə, qida lifi və su mənbəyidir. Bu da istilərdə orqanizmin susuzlaşdığı bir dövrdə çox vacibdir. Yay mövsümündə istehlak edilən hazır və sağlam olmayan qidalar, yağlı yeməklər, spirtli və şirin içkilər - bunlar hamısı həzm sisteminin selikli qişasını qıcıqlandırır, qəbizliyə səbəb olur və öd kisəsinin fəaliyyətini pozur. İsti havalarda həddindən artıq idman etmək insan səhhəti üçün təhlükəli ola bilər. Baş nahiyəsini günəşdən qorumaq üçün gün eynəkləri, qoruyucu papaqlar və çətirlərdən istifadə edilməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya