
Sümük-oynaq, əsəb, dəri xəstəliklərinin dərmanı bizdədir
Sümük-oynaq, əsəb, dəri xəstəliklərinin dərmanı bizdədir
Yusif Nəzərli
23:30 06.10.2022
Sağlamlıq
797
Naftalan neftindən hazırlanan dərmanlarla 70-dən artıq xəstəliyi müalicə etmək mümkündür
Dünyada analoqu olmayan müalicəvi Naftalan neftinin tədqiqatları və onun əsasında dərman preparatlarının, kosmetik vasitələrin yaradılması Neft-Kimya Prosesləri İnstitutunun istiqamətlərindən biridir.
Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun Baş direktoru Vaqif Abbasovun sözlərinə görə, son illər institut tərəfindən aparılan tədqiqatlar nəticəsində 6 yeni dərman vasitəsi yaradılıb və onların texniki şərtləri hazırlanaraq təsdiq olunub:
“Azərbaycanın çox zəngin florası var və ölkəmizdə əksər dərman bitkiləri bitir. Biz onlardan efir yağlarının alınması texnologiyasını, bu efir yağları ilə müalicəvi Naftalan neftindən alınan yağlar əsasında unikal dərman preparatları və kosmetik vasitələr hazırlamışıq. Bu dərman vasitələri heç bir yan təsirləri olmadan 70-dən çox xəstəliyin müalicəsi üçün uğurla istifadə oluna bilər. Hesab edirəm ki, yaxın vaxtlarda biz bu dərmanların xüsusi istehsalını təşkil edəcəyik”.

Millət vəkili Kamilə Əliyeva “Şərq”ə açıqlamasında keçmiş sovetlər dövründən Naftalan neftindən bir çox xəstəliklərin müalicəsində istifadə olunduğunu deyib. Hətta digər dünya ölkələrində də müalicəvi əhəmiyyətə malik Naftalan neftindən istifadə olunub:
“Keçmiş imperiya dövründə Naftalanda yerləşən sanatoriyaya SSRİ yə üzv olan respublikaların vətəndaşları axın-axın gəlirdi. SSRİ-nin dağılması və Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 1991–ci ildən etibarən bu kurorta gələnlərin sayı kəskin surətdə azalmağa başladı. O vaxtlar Azərbaycanın qarşılaşdığı gərgin vəziyyətlə əlaqədar burada yerləşən sanatoriya və pansionatların əksəriyyətində məcburi köçkünlər məskunlaşmışdı. Digərləri isə fəaliyyətini birdəfəlik dayandırmalı olmuşdu.
Artıq gərginlik dövrü arxada qalıb. Son illərdə Naftalanın əvvəlki şöhrətini qaytarmaq istiqamətində həyata keçirilən tədbirlər bəhrəsini verməkdədir. Yenə də bir çox dəri və dermatit xəstəliklərindən əziyyət çəkən əcnəbi vətəndaşlar müalicə almaq üçün Naftalan sanatoriyalarına gəlirlər.
Naftalan neftindən alınan yağlar əsasında dərman preparatları və kosmetik vasitələrin hazırlanmasını təqdirəlayiq təşəbbüs hesab edən millət vəkilinin sözlərinə görə, istehsal olunan dərman və kosmetik vasitələrin istehsalı dəri xəstəliklərinin müalicəsi üçün çox böyük töhfədir”.
Qeyd edək ki, Naftalan nefti mürəkkəb fiziki –kimyəvi tərkibə malik olub, yüksək qətranlı (14 faiz), az kükürdlü, parafinsiz karbohidrogendir və tərkibində sənaye neftlərindən fərqli olaraq benzin, kerosin, liqroin kimi yüngül fraksiyalar yoxdur.
Şəfa mənbəyi sayılan bu neft sayəsində 70-dən artıq xəstəliyin uğurlu müalicəsi mümkündür. Naftalan müalicə amili güclü ağrıkəsici, iltihabəleyhinə, damargenəldici, allergiyaəleyhinə, hormonabənzər təsirlərə malikdir, ovogenez, ovulyasiya proseslərini və spermatogenezi gücləndirir. Burada həmçinin əsasən sümük-oynaq, əsəb, sinir, ginekoloji, uroloji və dəri xəstəlikləri, sonsuzluq müalicə olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Traktor" Qətər klubu ilə qarşılaşacaq
20:05 04.02.2026
Futbol
Rusiya hərbi nümayəndə heyəti Suriyaya gedib
19:42 04.02.2026
Dünya
“Washington Post” əməkdaşların kütləvi ixtisarına başlayır
19:30 04.02.2026
Media
Ürək köçürülməsi tarixi uğurdur, ancaq... - TƏHLİL
19:24 04.02.2026
Sağlamlıq
Türkiyə Rusiyanı Suriyadan uzaqlaşdırır - Uilson
19:22 04.02.2026
Dünya
Media buraxılmırsa, deməli ciddi razılaşma yaxındır - Ekspert
19:08 04.02.2026
Gündəm
Prezident: Hazırda Ermənistanla ticari münasibətlərimizi artırırıq
18:37 04.02.2026
Dünya
Son 4 ayda 4 rekord: Mask dünyada ilkə imza atdı
18:24 04.02.2026
Dünya
Türkiyə üçün Pəhləvinin önə çıxarılması risklidir - RƏY
18:19 04.02.2026
Gündəm
Mehriban Ələkbərzadəyə vəzifə verildi
17:42 04.02.2026
Media
“Sərhəddə gərginlik yox, sülh üstünlükdədir” - ŞƏRH
17:39 04.02.2026
Gündəm
Tramp İranla danışıqları dayandıra bilər
17:23 04.02.2026
Gündəm