
Tanınmış Həkim: Maqnit qasırğası bütün insanlarda eyni şəkildə təsir etmir
12:37 10.02.2025
Sağlamlıq
655
Buna görə də şəxsi vəziyyətinizə uyğun olaraq düzgün tədbir görmək önəmlidir
Geomaqnit qasırğası fevralın 12-ə qədər davam edəcək.
Bu barədə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından xəbər verilib.
Bildirilib ki, 10 fevralda mənfi qütblü Yüksək Sürətli Tac Dəliyi Axınlarınının təsiri ilə G1 (zəif) səviyyəli qasırğanın davam edəcəyi, 12 fevralda isə 08 fevralda baş vermiş Tac Kütlə Atılmasının təsiri gözlənilir.
Tibb və fəlsəfə elmləri doktoru, tanınmış həkim Şəmsiyyə Namazlı "Sherg.az"a açıqlamasında bildirib ki, maqnit qasırğaları hər 11 ildən bir aktivləşən bir problemdir:

“Bu günəş sistemində parçalanmalarla bağlı problemdir. Bu zaman meteohəssas insanlar hadisəyə qarşı çox dəqiq və həssas olmalıdır. Arterial təzyiqi yüksək və şəkər xəstələri, ürək damar sistemi xəstəlikləri olan insanlar metohəssas insanlar adlanır. Eyni zamanda bunlar daha çox ehtiyatlı olmalıdır. Digər tərəfdən geomaqnit qasırğası zamanı təzyiqi yüksək olan insanlarda daha çox təzyiq yüksəlməsi müşahidə olunur. Ümumi əlamətlərə isə baş ağrısı, halsızlıq, yuxusuzluq və zəiflik daxildir. Bu qrupa aid insanlar, həmin müddətdə məcburi deyilsə, evdə olsunlar və yaxud çıxarlarsa istifadə etdikləri dərmanlar özlərində saxlasınlar. Həmçinin, əgər baş ağrısı və ya digər simptomlar davam edirsə, bir həkimlə məsləhətləşmək vacibdir. Maqnit qasırğası bütün insanlarda eyni şəkildə təsir etmir, buna görə də şəxsi vəziyyətinizə uyğun olaraq düzgün tədbir görmək önəmlidir. Ümumiyyətlə maqnit qasırğaları hər 11 ildən bir aktivləşdiyinə görə 2030-cu ilə qədər davam edəcək. Həmçinin alimlərin hesablamalarına görə 11 il sakitlik olacaq və 11 ildən sonra da yenə davamlı şəkildə arabir olaraq bu qasırğaları görəcəyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
NATO Baş katibi: Vahid Avropa ordusu ideyasına ehtiyac yoxdur
17:46 14.10.2026
Gündəm
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb
17:27 14.10.2026
Gündəm
Lavrov Bakıya gəldi
17:23 14.10.2026
Gündəm
Rusiya müharibəni qələbə qazanmadan dayandırmayacaq - POLİTOLOQ
17:02 14.10.2026
Gündəm
Ermənistan Türkiyə sərhədinin açılmasına möhtacdır - ŞƏRH
17:01 14.10.2026
Gündəm
Əməkdar jurnalist Ənvər Qafarlı vəfat edib
16:49 14.10.2026
Cəmiyyət
Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi
16:24 14.10.2026
Gündəm
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial
Pensiya alanlara ŞAD XƏBƏR!
14:00 14.10.2026
Sosial