TƏBİB-in gələn il üçün hədəfləri açıqlanıb
Yusif Nəzərli
06:56 20.12.2022
Sağlamlıq
643
TƏBİB-in 2023-cü ildə qarşıya qoyduğu hədəflər açıqlanıb.
"Report"un xəbərinə görə, bu barədə qurumun icraçı direktoru Vüqar Qurbanov "TƏBİB Tibbdə müasir keyfiyyət mərhələsi: real perspektivlər gələcəyə baxış" adlı hesabat konfransında məlumat verib.
Onun sözlərinə görə, ana və uşaq sağlamlığını inkişaf etdirmək, bununla bağlı neqativ halları azaltmaq gələn il üçün əsas hədəflərdəndir.
V.Qurbanov bildirib ki, həmçinin vətəndaşların tibbi xidmətlərdən məmnunluq səviyyəsini və xidmətlərin əlçatanlığını artırmaq, tibbi ərazi bölmələrinin mərkəzlərində regional çoxprofilli xəstəxanaların qurulması, tibb müəssisələrinin dərman təchizatını yaxşılaşdırmaq və müasir tibbi avadanlıqlar ilə təmin etmək, tibb müəssisələrində istifadə edilən xəstəxana informasiya sisteminin və digər elektron xidmətlərin istifadəsini təkmilləşdirmək qarşıya qoyulan məqsədlərdir:
"Eyni zamanda Beynəlxalq əlaqələri və tibbi turizmi (TƏBİB tabeliyində olan tibb müəssisələrində göstərilən tibbi xidmətlərdən xarici vətəndaşların yararlanması) inkişaf etdirmək, tibbi xidmətlərin göstərilməsində həssas əhali qrupuna (qazi, şəhid ailəsi, əlillər) diqqəti daha da artırmaq, xəstəliklərin daha erkən aşkarlanması məqsədi ilə profilaktik xidmətləri inkişaf etdirmək, ölüm səbəbləri arasında əsas yer alan xəstəliklərin (qan dövranı sistemi xəstəlikləri, bədxassəli törəmələr, sinir, endokrin, tənəffüs sistemi xəstəlikləri və s.) qarşısının alınması, erkən aşkarlanması və müalicəsinə yönəlmiş kompleks tədbirlər 2023-cü ildə nəzərdə tutulan işlərdəndir".
İcraçı direktor əlavə edib ki, 2023-cü ildə TƏBİB-ə tabeli tibb müəssisələrinin yüksək kvalifikasiyalı kadrlar ilə təmin edilməsi planlaşdırılır: "Növbəti illərdə əhalinin ixtisaslaşdırılmış tibbi xidmətə əlçatanlıq səviyyəsinin artırılması, paytaxtda ölkə üzrə ixtisaslaşdırılmış tibbi xidmətin koordinasiyasını həyata keçirən tibb müəssisələrinin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi, tabeli müəssisələrdə reabilitasiya xidmətlərinin gücləndirilməsi, həkim və orta tibb personalının nəzəri bilik və praktiki bacarıqlarının təkmilləşdiriməsi, TƏBİB-ə tabeli tibb müəssisələrinin xarici ölkələrin aparıcı klinikaları ilə əməkdaşlığının təmin edilməsi proqnozlaşdırılır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi