Tütün qədər zəhərlidir: Bu qidaları dərhal süfrənizdən yığışdırın!
10:17 02.07.2024
Sağlamlıq
656
Xərçəng riskini, ürək-damar xəstəliklərinə tutulma ehtimalını artırır
Orqanzmin immunitetini yüksəltmək üçün sağlam qidalanma əsas şərtdir. Lakin təəssüf ki, günümüzdə keyfiyyətli qidalara çox az rast gəlinir. Üstəlik, insanlar da bilərəkdən, ya da məlumatsız olduqlarından zərərli qidaları daha çox qəbul edirlər. Bu gün insanların süfrələrindən heç əksik etmədikləri elə qidalar var ki, orqanizmə birbaşa ziyandır. Tütün qədər zəhərlidir. Amma insanlar onlardan böyük məmnuniyyətlə istifadə edir, süfrəyə gətirir, hər kəsə də təklif edirlər.“Sherg.az” “NTV.com.tr”yə istinadən orqanizm üçün təhlükəli qidaların siyahısını təqdim edir. Bu qidalar barədə “Nyu-York Post” qəzeti ictimaiyyətə məlumat verib. Qəzetin yazdığına görə, hər bir insan gün ərzində bəlli miqdarda protein, karbohidrat, yağ, zülal, vitamin və minerallar qəbul etməlidir. Bu maddələrsə qidalarda fərqli ölçülərdədir. Bəzi qidalar karbohidratla zəngindir, digər faydalı maddələrə malik deyil. Elə qidalar da var ki, həm vitaminlərlə, həm də minerallarla tarazlı bir şəkildə zəngindir. Mütəxəssislər bütün hallarda təzə, təbii qidalara üstünlük verilməsini tövsiyə edir. Tərkibində protein olan qidalar, təzə meyvə-tərəvəz, dəniz məhsulları, süd və süd məhsulları faydalı qidalardır. Orqanizmə zərər verən qidalarsa bunlardır:
İşlənmiş ət: Səhər yeməyi zamanı bir çoxunun sevdiyi kolbasa, sosiska məhsulları, onların qızardılmış növləri, qızardılmış ət, toyuq, sağlamlıq üçün qorxunc təhlükə daşıyır. Sosiskalı sendviçlər, fast-food növləri, paketlənmiş sucuk və kolbasa dilimləri menyudan tamamilə çıxarılmalıdır. Ümumdünya Səhiyyə Təşkilatı işlənmiş ətləri 1 qrup kanserogen qidalar sinfinə daxil edib. Qızardılmış ətlər xərçəng riskini, ürək-damar xəstəliklərinə tutulma ehtimalını da artırır, damarlarda kirəclənməyə səbəb olur. Rafinə olunmuş karbohidratlar – ağ çörək, düyü, makaron məmulatları, unlu məmulatlar, pizza və buna bənzər xəmirli qidalar orqanizmə ziyandır. Rafinə edilmiş qidalar bədəndə iltihab yaradır, qanda şəkərin faizini artırır. Artıq çəkiyə, kökəlməyə səbəb olur. Doymamış yağlar da bu qəbildəndir. Hidrogenlənmiş yağlar ölüm faizini artırır. İnsanlar bəzi məhsulları alarkən paketin üzərindəki qeydlərə diqqət etməlidir. Əgər məhsulun tərkibində hidrogenlənmiş yağ varsa, həmin məhsuldan uzaq durmaq lazımdır. Tərkibində təbii şəkər olan qidalara üstünlük verilməlidir. Şirinləşdirilmiş, qazlı içkilər orqanizm üçün çox zərərlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya