Ümumi halsızlıq ikincili irinli meningitlərin əlamətləridir
21:59 23.03.2021
Sağlamlıq
781
Xəstəliyin törədiciləri pnevmokokk və Pfeyffer çöpləri,az hallarda isə stafilokokk və streptokokklardır. İnfeksiya subaraxnodial sahəyə kontakt,perinevral, hematogen və ya limfogen yolla daxil edilir.
İkincili irinli meningitlər xəstələrdə aşağıdakı əlamətlərlə meydana çıxır:
* ümumi halsızlıq
* yüksək qızdırma
* ürəkbulanma
* qusma
* baş ağrıları
Xəstələrdə əvvəlcə ürəkbulanma və qusma ilə müşayət edilən baş ağrıları olur,12-24 saat sonra isə meningitin əlamətləri meydana çıxır.Bu zaman xəstələr boyun əzələlərində gərginlik və ağrıdan şikayət edirlər.Bəzən ptoz,strabizm,bəbəklərin diametrinin eyni olmaması.Psixikanın pozulmaları qeyd edilir. Xəstələrdə gərginlik və narahatçılıq olur,kobud psixi pozulmalar meydana çıxır.Bu zaman xəstələrdə şüurun dolaşması,halüsinasiya,aktivliyin artması müşahidə edilir.
Xəstəlik vaxtında və düzgün müalicə olunmadıqda ağırlaşmalara səbəb olur.Bu zaman prosesə septisemiya və sinir sisteminin pozulmaları cəlb olunur.
İkincili irinli meningit orqanizmdə bir-sıra patologiyaların əmələ gəlməsin səbəb ola bilir.Bunlara aiddir:
* kəllə sinirlərinin zədələnməsi
* psixi pozğunluqlar
* görmə pozğunluqları
* subdural qansızmalar
* hemiplegiya
* qıcolmalar
Müalicə zamanı xəstə mütləq izolə olunmalıdır.Xəstələrə ağrıkəsicilər,yuxugətiricilər,antibiotiklər,sulfanilamid preparatları,kortikosteroidlər təyin edilir. İkincili irinli meningitin müalicəsi zamanı xəstənin mədə-bağırsaq və sidik ifrazat sitemləri mütləq nəzarət altında saxlanılmalıdır. (milli.az)
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
12:38 24.08.2026
Ekologiya
Bakıda mənzilini yandıran şəxs saxlanılıb
12:28 24.08.2026
Hadisə
Elm dünyasını şoka salan kəşf: Yeni orqan aşkarlandı
11:57 24.08.2026
Sağlamlıq
Erling Haaland uzun sarı saçlarını kəsdirib
11:35 24.08.2026
Futbol
Prezident İlham Əliyev Zelenskini təbrik edib
11:08 24.08.2026
Gündəm