Uşaqlar arasında yayılan virus koronavirus deyil
Yusif Nəzərli
11:30 05.10.2021
Sağlamlıq
448
Bugünkü statistika onu deməyə əsas verir ki, məktəblərin açılması yoluxma sayına ciddi təsir göstərməyib
"Hava soyuq olduğu üçün pəncərələrin açılması bir qədər çətindir. Ona görə də məktəblərdə mütləq ventilyasiya sisteminin olması vacibdir"
Havaların soyuması, fəsil dəyişməsi virus infeksiyalarının daha çox yayılmasına səbəb olur. Bundan ən çox əziyyət çəkən isə uşaqlar olur. Viruslar xüsusilə bağçalarda, məktəblərdə uşaqlar arasında sürətlə yayılır. Bir çox hallarda isə valideynlər azyaşlıların bağçaya, məktəbə gedən kimi virusa yoluxduqlarını, bu halın tez-tez təkrarlandığını, sağalma prosesinin isə çox uzun çəkdiyini vurğulayırlar.
Xüsusən də 1 il 6 aydan sonra məktəblərdə tədrisin ənənəvi qaydada başlaması valideynlər arasında narahatlıqlığa səbəb olub. Artıq orta məktəblərin açılmasından da 10 gündən çox vaxt keçib. Bu, təxminən virusun inkubasiya dövrünə bərabər müddətdir. Odur ki, əyani tədrisin açılmasının yoluxma dinamikasına konkret təsirindən danışmaq olar. Yoluxma göstəriciləri nə deyir, əyani tədrisin hansısa real təsiri varmı, yoxsa fərq eləmir?
Həkim-infeksionist Mərdan Əliyev "Şərq"ə açıqlamasında bildirib ki, son günlər uşaqlar arasında yayılan virus koronavirus deyil. O əlavə edib ki, bu digər respirator infeksiyalardır:
"Koronavirusun "Delta" ştammının inkubasiya dövrü 2-3 gündür. Bugünkü statistika onu deməyə əsas verir ki, məktəblərin açılması yoluxma sayına ciddi təsir göstərməyib. Əksinə, yoluxma sayında azalmalar müşahidə olunur. Uşaqlar arasında artan yoluxma koronavirusla əlaqəli deyil. Yəni əsasən son günlər qripəbənzər infeksiyalar yayılıb. Bu xəstəliyin əlamətləri olan burun axması, temperatur, öskürək, bəlğəm, halsızlıq, ümumi yorğunluq kimi hallarla qarşılaşdıqda uşağın həkim müayinəsindən keçməsi mütləqdir. Bu cür uşaqların bağçaya, məktəbə getməməsi, digər uşaqlarla təmasda olmamaları daha məqsədəuyğun olar. Çünki təmas nəticəsində xəstəlik daha çox adama yayılır. Bu virus hava-damcı yolu ilə yayıldığına görə, asqırdıqdan sonra həmin otağın havasını mütləq dəyişmək lazımdır. Mövsüm dəyişməsi təkcə qrip deyil, digər virusların da yaranmasına, yayılmasına şərait yaradır. Bunun üçün diqqətli olmaq lazımdır".
Həkim-infeksionist məktəblərin dərs otaqlarında şagirdlərin həddən çox olmasından da söhbət açıb: "İlk növbədə dərs otaqlarının ölçüsünə uyğun şagird yerləşdirilməlidir. Şagirdlərin sayı az olmalıdır ki, onlar arasında yoluxma sayı da az olsun. Bir sinifdə şagird sayı çox olduqda xəstəliyin yoluxma sayı da çox olacaq. Bu, təbiidir. Bildiyimə görə, indi bəzi siniflərdə 30-35 şagird var. Bəlkə də bu bütün siniflərdə belədir. Fikrimcə, bu say çoxdur. İkinci növbədə hər bir məktəbdə havalandırma olmalıdır. Çünki hava soyuq olduğu üçün pəncərələrin açılması bir qədər çətindir. Ona görə də məktəblərdə mütləq ventilyasiya sisteminin olması vacibdir. Ancaq çox təəssüf ki, bizim məktəblərin çoxunda bu yoxdur. Əgər bu kimi hal bir çox məktəblərdə varsa, onda müəyyən vaxt ərzində ən azı 5-10 dəqiqə tənəffüs vaxtı şagirdləri sinifdən çıxarıb, havalandırmanı təşkil eləmək olar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi