Yağışdan çıxmamış, yağmura düşürük: “Quş qripinə kütləvi yoluxma...”
15:05 16.03.2021
Sağlamlıq
760
“İnsanlar arasında kütləvi yoluxma ola bilər. Köçəri quşları ovlamaq lazım deyil”
“Ev quşları qapalı şəraitdə saxlanmalıdır, təmas olmamalıdır"
Ötən gün Abşeron rayonu, “Bərk-dərə” adlanan ərazidə quşçuluq sahəsi üzrə fəaliyyət göstərən müəssisədə quşlar kütləvi şəkildə tələf olub. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyininin (AQTA) mütəxəssisləri tərəfindən bununla bağlı müvafiq araşdırmalar aparıb və zəruri tədbirlər həyata keçirib.
Tələf olan quşlardan nümunələr götürülüb, labarator müayinələr nəticəsində quşlarda qarışıq infeksiyon xəstəlik törədiciləri aşkarlanıb.
Nəzərə almaq lazımdır ki, hazırda dünyanın 45 ölkəsində quş qripi xəstəliyi öz varlığını qoruyub saxlayır. Qorxulusu ondan ibarətdir ki, qonşu Rusiyada, o cümlədən Qazaxıstan Respublikasında da bu virusa rastlanıb. Abşeron rayonu ərazisində tələf olmuş quşların mütəxəssislərin iştirakı ilə biotəhlükəsizlik qaydalarına uyğun məhv edilməsinə baxmayaraq, ehtiyatsızlıq etmək olmaz.
Mövzu ilə bağlı "Şərq"ə danışan həkim-infeksionist Vüqar Cavadzadə bildirib ki, quş qripi hava damcı yolu ilə yayıla bilər:
"Bu xəstəlik köçəri quşlar tərəfindən gətirilir, quşçuluq təsərrüfatına ciddi ziyan vurur. İnsanlar arasında kütləvi yoluxma ola bilər. Köçəri quşları ovlamaq lazım deyil. Ev quşları qapalı şəraitdə saxlanmalıdır, təmas olmamalıdır".
Qeyd edək ki, AQTA bir daha vətəndaşlara diqqətli olmağı, xəstəlik əlamətləri müşahidə edilən və ya tələf olan quş cəsədlərindən uzaq durmağı, şübhəli hallarla bağlı dərhal agentliyin “1003 – Çağrı Mərkəzi”nə məlumat verməyi tövsiyə edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dəmir ehtiyatları belə azalır: Yumurtanın yanında çay içməyin!
16:40 24.08.2026
Sağlamlıq
Livandan qovulan İran səfiri ölkədən çıxmaq istəmir
16:03 24.08.2026
Dünya
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə