
Yeni virus təhlukəsi: Ciddi karantin tədbirləri görülməlidir -Profesor
11:48 16.08.2024
Sağlamlıq
648
Son günlər dünya mediasında meymunçiçəyi virusunun yayılması ilə bağlı həyəcan siqnalı verilir. Belə ki, Afrikada meymunçiçəyi səbəbilə sağlamlıq üçün fövqəladə vəziyyət elan edilməsi və bunun Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən də təsdiqlənməsi, eləcə də Avstraliyanın cənub-şərqində yerləşən və ölkənin ən böyük ştatı olan Yeni Cənubi Uelsin Səhiyyə Nazirliyinin meymunçiçəyinə yoluxanların sayının kəskin artdığını elan etməsi müəyyən suallar yaradıb.
Görəsən, meymunçiçəyinə yoluxma hansı hallarda baş verə bilər, ilkin simptomları nədir? Ölkəmizdə yayılma ehtimalı neçə faiz ola bilər? Bu virusa yoluxanlarda ölüm riski nə qədərdir? Peyvəndi varmı?
Suallarımızı cavablandıran professor Adil Qeybulla “Sherg.az”a açıqlamasında deyib ki, meymunçiçəyi virusu ilk dəfə olaraq keçən əsrdə meymunlarda aşkarlanıb:

''Hazırda isə yayılma mənbələrindən biri gəmiricilərdir. Bu, virus çiçək qrupuna aiddir. Bildiyiniz kimi, təbii çiçək 4 qorxulu karantin infeksiyalarından biridir. Hansıki keçən əsrin 80-cı illərində vaksinasiyalardan sonra, yoxa çıxdı. Amma hələ də təhlükə qalıb. Hazırda isə meymunçiçəyinin ikinci seratipi yayılmaqdadır. Virusun keçən əsrin 70-ci illərdə insana transfer olunması təsdiq olunub. Meymunçiçəyinin yayılmasının bir neçə epizodları olub. Qeyd edim ki, indiki seratip daha təhlükəlidir. Virusun əsas yayılma mənbələri gəmiricilərin dişləməsi və cızması ilə yaranır. Və yaxud insandan insana kontakt vasitəsi ilə keçə bilər. Xüsusi ilə dəridəki pusulalar yaxın məsafədən ünsiyyətlə başqa birinə ötürülür. Xəstəlik zamanı ümumi simptomlar halsızlıq bel, baş ağrıları, yüksək hərarət, dəridə ağ və sarı rəngli qabarcıqların əmələ gəlməsidir. Xəstəliyin ilkin dioqnastikası 21 günə qədər davam edə bilər. Gizlin dövrdə belə əlamətlər görsənmir. Lakin xəstəlik qızdırma ilə başlayır və dəri əlamətləri ilə təsdiq edilir. Birbaşa spesifik test və reaksiyalar yoxdur. Bu da bir növ çətinlik yaranır''.
A.Qeybulla vurğulayıb ki, xəstəliyin müalicəsi üçün xüsusi dərmanlar mövcud deyil:
''Hesab olunur ki, təbii çiçəyə qarşı antiviral dərmanlar sağalmağa kömək edə bilər. Burada əsas nüans vaksinasiyadır. Artıq Türkiyədə də virusa yoluxanlar var. Biz qlobal dünyada yaşayırıq. Ona görə də xəstəliyin ayrı-ayrı ölkələrə yayılma riski var. Fikrimcə, bu hansısa pandemiya riski yaratmayacaq. Hər bir halda xəstəlik yaranan yerlərdə ciddi karantin tədbirləri görülməlidir. Giriş-çıxış qadağan olunmalı, xəstəlik tamamən lokallaşana qədər prosses davam etdirilməlidir. Bizim ölkədə isə transsərhəd keçid zonalarında nəzarət gücləndirilməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial