"Fransa söz azadlığını boğduğu heç kimə sirr deyil" - Deputat
Yusif Nəzərli
13:38 03.07.2023
Gündəm
412
"Fransa hər zaman özünü dünyada insan haqlarının bir nömrəli müdafiəçisi kimi təqdim edir. Sanki dünyada Fransa qədər insanların haqq və hüquqlarını qoruyan ikinci demokratik dövlət yoxdur. Reallıq isə bunun tamamilə əksidir”.
Bu fikirləri Bakupost.az -a açıqlamasında millət vəkili Elman Nəsirov bildirib.
Onun dediyinə görə, Fransa həm də haqq-ədalətdən danışır, ayrı-ayrı regionlarda sülhün və təhlükəsizliyin təminatına guya ki, töhfə vermək istəyindən bəhs edir:
“Hamımız çox gözəl bilirik ki, Fransa ali siyasi rəhbərliyi başda Prezident Emmanuel Makron olmaqla erməni separatizmini necə dəstəkləyir. Bu gün də dəstəkləməkdədir. Makron bəlkə də beşinci respublika tarixində yeganə prezidentdir ki, öz ermənipərəst xislətini açıq şəkildə büruzə verir".
Millət vəkili vurğulayıb ki, haqq-ədalət, demokratiya, insan hüquqlarından ağız dolusu danışan Fransa rəhbərliyinin söz, mətbuat azadlığını necə qəddarcasına boğduğu heç kimə sirr deyil:
“Bu günlərdə AzTV-nin əməkdaşları Fransada məhz belə bir qəddarlıqla, söz, mətbuat azadlığına qarşı vəhşi bir davranışla üz-üzə qaldılar. Jurnalistlərimizə yüngül xəsarət yetirildi, onların kameraları sındırıldı. Hətta kameralarını geri almaq istəyərkən, ölümlə təhdid olundular. Bu da məhz özünü demokratiyanın carçısı elan edən Fransanın küçələrində baş verdi. Bütün bunlar sübut edir ki, Fransanın bu gün heç bir regionda, heç bir beynəlxalq hadisəyə, heç bir beynəlxalq təhlükəsizlik məsələsinə münasibətdə ədalətli mövqeyini gözləməyin mənası yoxdur. Separatizmi dəstəkləyən və irqçilik siyasətini öz dövlət siyasətinin əsas istiqamətinə çevirən Fransanın mənəvi haqqı yoxdur ki sülhdən, təhlükəsizlikdən, əmin-amanlıqdan bəhs etsin".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yuxudan duran kimi bunu edin
08:20 09.11.2026
Cəmiyyət
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm