
Qriqoryanı niyə ABŞ-ə çağırırlar?
Yusif Nəzərli
13:47 03.07.2023
Gündəm
617
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iyulun 4-də ABŞ-ə gedəcək. Məlumatı şura yayıb.
Vurğulanıb ki, səfər çərçivəsində A.Qriqoryan ABŞ Prezidenti Cozef Baydenin köməkçisi və milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və başqa yüksək vəzifəli rəsmilərlə görüşəcək.
Hadisələrə xronoloji baxmaq lazım olduğunu deyən siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a bildirib ki, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Vaşinqtonda keçirilən görüşündən sonra belə bir səfərin olması maraqlı vəziyyətdir:
"Vaşinqton görüşündə əsas prioritet sərhədlərin delimitasiyası, Qarabağdakı erməni əhalisinin təhlükəsizliyi və qanunsuz birləşmələrin çıxarılması olub. Digər tərəfdən ortada bəzi fikir ayrılıqlarının olduğu bildirildi. Məhz bu görüşdən sonra isə İrəvanda Ermənistan təhlükəsizlik Şurasının iclası keçirildi. Qriqoryanın ABŞ səfəri də Vaşinqton görüşü ilə bağlı olan məsələdir. Yəni razılaşdırılan və razılaşdırılmayan məsələlərin müzakirəsi gözləniləndir”.

Analitik qeyd edib ki, ABŞ Vaşinqton görüşündədə iki məsələni əsas götürmüşdü:
“Bunlar Qarbağdakı erməni əhalisi ilə Bakının təmasları və qanunsuz silahlıların çıxarılmasıdır. Düşünürəm ki, Qarabağdakı qanunsuz birləşmələrin çıxarılması məsələsi artıq qəbul olunub. Çünki əgər dialoq gedir və Qarabağda Azərbaycanın bir hissəsi kimi tanınırsa, orada erməni qoşunları olmamalıdır. Qriqoryanın görüşdən sonra ABŞ-ə getməsi də atılacaq addımlarla bağlı ola bilər. Ancaq maraqlıdır ki, niyə Azərbaycan tərəfindən kimsə yox, məhz Qriqoryan dəvət edilib? Görünür Amerika Ermənistanın icra etməli olduğu və boyun qaçırdığı məsələləri gündəmə gətirəcək. Çünki rəsmi Vaşinqton tezliklə sülhün əldə edilməsinə çalışır. Hətta yaxın zamanlarda Blinken ilkin razılaşmaların ola biləcəyini vurğuladı. Yəni ABŞ qarşıdakı aylarda sülhün bərqərar olmasına tələsir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yuxudan duran kimi bunu edin
08:20 09.11.2026
Cəmiyyət
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm