
İbtidai sinif müəlliminin imtahanlarda uğursuz olmasının səbəbi nədir?
10:09 07.07.2023
Elm və Təhsil
617
İmtahanda aşağı bal toplamaq savadsızlığın göstəricisidir
“Sertifikasiya təkcə Azərbaycanda keçirilmir, bu, bütün dünyada var. Nazirlik də istəyir ki, məktəblərdə ancaq savadlı kadrlar olsun”
Müəllimlərin sertifikasiya imtahanlarında aşağı göstəricilər qeydə alınıb. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: Peşəkar müəllim-keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə məlumat verib. Nazirin sözlərinə görə, Azərbaycan dili və ədəbiyyatı üzrə sertifikasiya imtahanında iştirak edən müəllimlərin 8 faizi 0-29 bal toplayıb, bu, 674 nəfər deməkdir. Bu imtahanda 30-50 bal toplayanlar 62 faiz, 51 bal həddini keçənlərsə 30 faiz təşkil edir. İbtidai sinif üzrə sertifikasiya imtahanlarında isə müəllimlərin 55 faizi 30-50, 35 faizi 0-29, 10 faizi isə 51 və yuxarı bal toplayıb. 30 min ibtidai sinif müəlliminin 0,7 faizi, yəni 223 nəfəri 0-9 bal toplayıb. Daşkəsən, Ağcabədi, Astarada ibtidai sinif müəllimlərinin yarıdan çoxu sertifikasiya imtahanının birinci mərhələsində uğursuz olub. Bakı, Sumqayıt, Mingəçevir, Şirvan, Abşeron və Siyəzən isə ümumi orta bal göstəricisinə görə liderdir. Onlarda orta bal 40-dan yuxarıdır. Nazir bildirib ki, sertifikasiya imtahanında ən zəif nəticəni texnikum və kolleclərdən məzun olmuş müəllimlər göstərib: "İmtahanda ən zəif nəticə göstərən Ağcabədi Pedaqoji Texnikimu (56 faiz), Gəncə Humanitar Kolleci, Astara Pedaqoji Texnikumu, Gəncə Məişət Xidməti Kolleci, Lənkəran Dövlət Humanitar Kolleci, Lənkəran Məktəbəqədər Pedaqoji Texnikumu, Şamaxı Mədəni-Maarif Texnikumunun məzunları olmuş müəllimlərdir”.
Nazir sertifikasiya suallarının çətinlik həddinin zamanla dəyişəcəyini bildirib: “Bu, zamanla olacaq. Birdən-birə dərəcəni qaldırmaq faydasız olar". Nazir qeyd edib ki, müəllimin sertifikasiya imtahanlarında 51-dən çox bal toplaması onun dərhal direktor qoyulacağı demək deyil. Bunun üçün bəlli bəzi proseslər var. “Tövsiyə edərdim ki, yüksək nəticə toplayıb direktor olmaq istəyən müəllimlər peşəkar bir direktorun yanında müavin olsun, daha da püxtələşsin". Gələcəkdə yüksək bal toplayan müəllimlər metodist də ola bilər. Nazirin sözlərinə görə, məktəblərdə hazırda metodist sahəsi üzrə çatışmazlıqlar var. “Düşünürük ki, sertifikasiya imtahanında 51 balı keçmiş müəllim metodist kimi çalışa bilər. Lakin bu hələ gələcəyin işidir. Hazırda məsələ ilə əlaqədar işlər aparılır”.
30 min ibtidai sinif müəlliminin imtahanlarda uğursuz olmasının səbəbi nədir; biliklərin azlığı, yoxsa imtahan suallarının çətinliyi?
Təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi “Sherg.az"a açıqlamasında qeyd etdi ki, bu, savadın aşağı səviyyədə olmasının göstəricisidir:
"Əgər imtahan suallarına cavab verənlər varsa və bu say elə də az deyilsə, yuxarı həddə bal əldə edənlər daha çoxdursa, deməli, sualların çətinliyindən danışmaq olmaz. Bu suallara cavab verə bilməyənlərin bilik səviyyəsi, savadları aşağıdır. İmtahanda aşağı bal toplamaq savadsızlığın göstəricisidir, suallar çətin deyil.

E.Əfəndi müəllimlərin sertifikasiya imtahanlarının dünya təcrübəsində mövcud olduğunu dedi:
" Sertifikasiya təkcə Azərbaycanda keçirilmir, bu, bütün dünyada var. Elm və Təhsil Nazirliyi də istəyir ki, məktəblərdə ancaq savadlı kadrlar olsun.
Ekspert vurğuladı ki, sertifikasiya imtahanı müəllimlərin həm özünü təsdiqi, həm də əməkhaqqının artırılmasına stimuldur: "Məlumdur ki, imtahanlarda 30-50 bal arası göstərici ilə çıxış edənlərin əməkhaqqına 10 faiz, 51 baldan yuxarı toplayanların əməkhaqqına isə 35 faiz artım edilir. İmtahanlarda yüksək nəticə əldə etmək müəllimlərin marağında olmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil