Evini satdı, xanımı boşandı: 1 dollarla milyoner olmaq istəyir
Yusif Nəzərli
08:37 20.02.2024
Dünya
424
Davinci Jeremie dünyada tanınan milyonçudur. D.Jeremie ilk kripto para – "Bitcoin" haqqında eşitdiyində bunun bir fırıldaq olduğunu düşünüb və "proqramçıyam, mənbə kodunu oxuyub sizə bunun nə qədər böyük bir fırıldaq olduğunu anladacam" deyib. Ancaq müəyyən araşdırmalardan sonra əvvəlki düşüncələri tamamilə dəyişib. Bir müddət sonra da “Blockchain” və kripto-para məsələsində məsləhətləriylə tanınıb. 2013-cü ilin may ayında sosial media hesablarından təqibçilərinə kripto-paraya yatırım etmələrini məsləhət görüb. O zamanlar 1 Bitcoin təxminən 1 ABŞ dollar dəyərində idi. Təqibçiləri isə ona inanmayıb, “dəli” zənn ediblər. D.Yeremie təqibçilərinə nə məsləhət görürdü ki, onu “dəli” hesab edirdilər?
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, Davinci sosial media təqibçilərinə məsləhət görürdü ki, "Bitcoin"ə sadəcə 1 dollar yatırım etsinlər və buna 10 il ərzində davam etsinlər. O, təqibçilərini inandırmaq üçün yutub kanalı üzərindən də çağırışlar edirdi. "Hər birinizin 1 dollarlıq "Bitcoin" satın almasını istəyirəm” söyləyən D.Jeremie 2013-cü ildəki "Bitcoin" məsələsini 1990-cı illərdə insanların gələcəkdə internetin bu qədər inkişaf edəcəyinə inamsızlığı ilə müqayisə edirdi. D.Jeremie özü isə 1 dollardan 3 min "Bitcoin" və bir az da "Altcoin" əldə edib. İllər keçdikcə "Bitcoin"in dəyəri 10 min dollara yüksəldi və bu da Davinçini milyonçu etdi. İndi onun varidatı 57 min dollara çatır. Əlbəttə, Davinçinin bəxti gətirmişdi. Davinçi YouTube kanalındakı təqibçilərinə səslənərək belə deyib: “Gələcəkdə həqiqətən zəngin olmaq istəyirsinizsə, sizdən sadəcə, 1 dollara "Bitcoin" satın alıb cüzdana qoymanızı istəyirəm. Nəticə nə olursa olsun, sadəcə, 1 dollar itirmiş olacaqsınız”. D.Jeremie “bilirəm ki, çoxunuz məsləhətimə qulaq asmayacaq, əməl etməyəcək. Məni ciddi qəbul edənlərəsə indidən təşəkkür edirəm. Onlarsa mənə gələcəkdə təşəkkür edəcək”. D.Jeremie kripto-para toplamaq üçün hətta evini də satıb. Bunu görən həyat yoldaşı isə ondan boşanıb. O isə dayanmaq bilmirdi. Qızıllarını da satıb, bu dəfə "Bitcoin" əvəzinə "Ethereum" alıb. Davinci Jeremie kripto-paraların hələ bundan sonra da artacağına və 1 "Bitcoin"in 1 milyon dollara tən gələcəyinə inanır. Amma insanlara ən ağıllı məsləhət budur ki, kimlərinsə hekayələrinə deyil, reallığa inansınlar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region
Makron və Lukaşenko telefon danışığı aparıblar
17:48 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət