Ermənistan mina xəritələrini verməyə məcbur edilməlidir
19:37 04.03.2024
Gündəm
362
Əks təqdirdə daha çox vətəndaşımız xəsarət ala, həyatını itirə bilər
Martın 3-də Ağdam rayonunun Əhmədağalı kəndi ərazisində mina hadisəsi baş verib. Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətinin birgə məlumatına görə, 1995-ci il təvəllüdlü Ağdam rayon sakini Abbasov Bəxtiyar Yaqub oğlu keçmiş təmas xəttində, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən piyada əleyhinə mina partlayışı nəticəsində hər iki ayağından xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya təxliyyə edilib. AR DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, bələd olmadıqları ərazilərə daxil olmamağa və təhlükə bildirən bütün əlamətlərə diqqətlə yanaşmağa çağırıb. Azərbaycan Xarici İşlər Nazirliyi “X” səhifəsində bildirib ki, Ermənistanın yerləşdirdiyi minalar ciddi problem olaraq qalır, müxtəlif bəhanələrlə dəqiqləşdirilmiş mina xəritələrini verməkdən imtina edir. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib ki, Ermənistanın otuz ilə yaxın işğal dövründə torpaqlarımızda basdırdığı minalar mülki şəxslərin və hərbi qulluqçuların həyat və sağlamlığına ciddi təhlükə yaratmaqda davam edir: "Növbəti mina qurbanı təsərrüfatla məşğul olan mülki şəxs olub. Belə ki, 2024-cü il 3 mart tarixində Ağdam rayonunun Əhmədağalı kəndi ərazisində baş vermiş mina partlayışı nəticəsində bir mülki şəxs ağır yaralanıb. İkinci Qarabağ müharibəsindən indiyədək 340-dan çox soydaşımız minaya düşərək həlak olub və ya xəsarət alıb. Beynəlxalq ictimaiyyət Ermənistan hakimiyyətinə torpaqlarımızda basdırılmış minaların dəqiq xəritələrini ölkəmizə təqdim etməsi üçün ciddi təzyiq göstərməlidir". Qeyd edək ki, ümumilikdə 2020-ci ilin noyabr ayından indiyədək 346 azərbaycanlı qurban olub.
Millət vəkili Ceyhun Məmmədov deyib ki, Azərbaycanın bütün müraciətlərinə və çağırışlarına rəğmən, İrəvan hakimiyyəti doğru mina xəritələrini Bakıya verməkdən imtina edir. Deputat vurğulayıb ki, Ermənistanın mina xəritələrini Azərbaycana verməməsi və mina terrorunu davam etdirməsi insanlarımızın həyatını təhlükə altında qoyur: "Bu məsələ regionda gərginliyin qalmasına, sülh prosesinin ləngiməsinə də şərait yaradır. Problemin həlli üçün addımların atılması qaçılmazdır. Qərb dövlətləri, beynəlxalq qurumlar Ermənistana təzyiqlər etməlidir. İrəvan məcbur edilməlidir ki, dəqiq mina xəritələrini Azərbaycana versinlər. Yaxşı olar ki, ölkəmiz əleyhinə qərəzli bəyanatlar səsləndirən, qətnamələr hazırlayan beynəlxalq təşkilatlar İrəvana çağırış etsinlər. Mina xəritələri Azərbaycana verilmədiyi müddətcə daha çox vətəndaşımız xəsarət ala, həyatını itirə bilər. Dünya birliyi ermənilərin mina terrorunu qəsdən davam etdirməsinə biganə və laqeyd qalmamalıdır. Ermənistan mina xəritələrini verməyə məcbur edilməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: İran səbirsizliklə razılaşma gözləyir
21:42 22.05.2026
Dünya
WUF-13 postmünaqişə gündəliyinin növbəti təntənəsi oldu - TƏHLİL
21:35 22.05.2026
Gündəm
Marko Rubio və Hakan Fidan arasında görüş olub
21:29 22.05.2026
Gündəm
CHP-də kompromis olmazsa, parçalanma qaçılmazdır - ŞƏRH
21:28 22.05.2026
Gündəm
“Real” David Alaba ilə yollarını ayırdığını açıqlayıb
21:05 22.05.2026
Dünya
WUF-13-də erməni vəhşiliyi ifşa olundu - ŞƏRH
20:53 22.05.2026
Gündəm
Rubio: ABŞ və İran uranın utilizasiyası məsələsini həll etməlidir
20:41 22.05.2026
Dünya
Yağıntılı hava şəraiti mayın 25-i axşamadək davam edəcək
20:21 22.05.2026
Ekologiya
Məkkədə Böyük Həcc ziyarəti bu vaxt başlayacaq
20:02 22.05.2026
Cəmiyyət
Kim Çen In İlham Əliyevi təbrik edib
19:40 22.05.2026
Rəsmi
Bəhreyn Kralı İlham Əliyevə təbrik məktubu göndərib
19:33 22.05.2026
Rəsmi
BƏƏ Prezidenti Azərbaycan liderini təbrik edib
19:26 22.05.2026
Rəsmi
"Sabah" mövsümü qalib başa vurub
19:19 22.05.2026
Futbol
Putin Ukrayna əsgərlərinə çağırış etdi
18:42 22.05.2026
Region
Köçəryanın səs yazısı qalmaqalı təsadüf ola bilməz - ŞƏRH
18:27 22.05.2026
Gündəm