Bu ölkə ilə ilk konsulluq məsləhətləşmələri keçirildi
15:15 04.04.2024
Siyasət
418
Aprelin 3-də Monteneqronun paytaxtı Podqoritsa şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Monteneqronun Xarici İşlər Nazirliyi arasında ilk konsulluq məsləhətləşmələri keçirilib.
XİN-dən APA-ya verilən xəbərə görə, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Emil Səfərov, Montenegro nümayəndə heyətinə isə Monteneqronun Xarici İşlər Nazirlıyinin Konsulluq məsələləri üzrə Baş Direktoratlığının direktoru vəzifəsini icra edən xanım İvana Dokanoviç rəhbərlik edib.
Görüşdə həmçinin Azərbaycan Respublikasının Serbiya Respublikasındakı, eyni zamanda Monteneqro və Şimali Makedoniyadakı Səfiri Kamil Xasiyev iştirak edib.
Konsulluq məsləhətləşmələri zamanı Azərbaycan Respublikası ilə Monteneqro arasında konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən sahə üzrə yeni ikitərəfli sənədlərin imzalanması imkanları nəzərdən keçirilib.
Görüş zamanı nümayəndə heyətləri iki ölkə vətəndaşlarının qarşılıqlı səfərlərinin sadələşdirilməsi istiqamətində əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Məsləhətləşmələr çərçivəsində iki ölkənin daxili işlər, miqrasiya, əmək və sosial müdafiə sahələri üzrə səlahiyyətli dövlət orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsi təklifləri üzrə fikir mübadiləsi aparılıb.
Tərəflər arasında konsulluq məsləhətləşmələrinin növbəti mərhələsinin 2025-ci ildə Bakı şəhərində keçirilməsinə dair razılıq əldə olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
15:21 18.05.2026
Dünya
İran bu şirkətləri hədələdi: İnterneti kəsəcəm!
15:04 18.05.2026
Region
Ukraynanın hücumları Rusiyada panika yaradıb - ŞƏRH
14:47 18.05.2026
Gündəm
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya
“Sədaqətin Sükutu” adlı layihə çərçivəsində tədbir keçirilib
14:01 18.05.2026
Ölkə
Məsud Pezeşkian: Yalandan düşmənin məhv olduğunu iddia etməməliyik
14:00 18.05.2026
Region
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
12:47 18.05.2026
Gündəm
ABŞ Prezidenti İranın təkliflərindən məmnun deyil
12:39 18.05.2026
Gündəm