ƏHD Partiyası parlament seçkilərində iştirak qərarı aldı
16:30 06.07.2024
Gündəm
419
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası Ali Məclisinin iclası keçirilib.
"Sherg.az" xəbər verir ki, gündəlikdə olan məsələlərlə bağlı partiyanın Ali Məclis sədri Vaqif Abışov məruzə edib.
İclasda təşkilati məsələlər, respublikadakı ictimai-siyasi vəziyyət, sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar ƏHD Partiyasının rayon təşkilatlarının qarşısında duran vəzifələr, partiyanın Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə iştirakı, partiyanın Nizamnaməsinin 10.2-ci maddəsinə uyğun olaraq növbədənkənar seçkilərlə bağlı bütün səlahiyyətlərin partiyanın idarə heyətinə verilməsi və cari məsələlər müzakirə olunub. ƏHD Partiyasının sədri, millət vəkil Qüdrət Həsənquliyev ictimai-siyasi vəziyyət və partiyanın qarşısında duran vəzifələrlə bağlı çıxış edib. Qüdrət Həsənquliyev ölkənin təkamül yolu ilə inkişafının dəstəklənməsinin vacibliyini vurğulayıb, radikalizmin mənfi təsirlərindən danışıb. Partiya sədri İranda keçirilən prezident seçkilərində Azərbaycan türkü Məsud Pezeşkianın qalib gəlməsinin önəminə toxunub və bu münasibətlə təbriklərini çatdırıb. Eyni zamanda dövlət başçısının bir neçə mühüm beynəlxalq tədbirlərdə iştirakının, həmçinin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) və BRİKS-ə qoşulmasının qazandıracağı dividentlərə diqqət çəkib. ƏHD Partiyasının sədri Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşünün əhəmiyyətindən danışıb və bildirib ki, türk xalqlarının ortaq ləhcəsi seçilməlidir.
Qüdrət Həsənquliyev bildirib ki, siyasi partiya mütləq seçki prosesində iştirak etməlidir. Boykot taktikasının özünü doğrultmadığını deyən Qüdrət Həsənquliyev partiyanın seçkidə daha uğurlu nəticələr əldə edəcəyinə inandığını bildirib: “Partiyamız siyasi sistemdə öz yerini tutub. Bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik. ƏHD Partiyası konstruktiv fəaliyyəti ilə hər zaman fərqlənib”. Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar ƏHD Partiyasının Rayon Təşkilatlarının qarşısında duran vəzifələrlə bağlı partiyanın baş katibi Yaşar Kələntərli məruzə edib. Daha sonra partiya sədrinin müavinləri Niyaməddin Orduxanlı, Elçin Mirzəbəyli, Ali Məclis sədrinin müavini Faiq İsmayılov, eyni zamanda müxtəlif rayon təşklatının rəhbərləri çıxış ediblər. Qaldırılan müxtəlif məsələlərə aydınlıq gətirilib və suallar cavablandırılıb. Sonda partyanın Ali Məclisi müzakirə olunan məsələlər, o cümlədən ƏHD Partyasının növbədənkənar parlament seçkilərində iştirakı ilə bağlı qərar verib. Eyni zamanda seçkilərlə bağlı bütün səlahiyyətlər seçkiyə qədər idarə heyətinə verilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sürünərək avtobusa mindi, heç kim fərq etmədi
19:19 08.05.2026
Hadisə
Azərbaycan və Türkiyə hərbçiləri birgə taktiki-xüsusi təlim keçirib
19:12 08.05.2026
Hərbi
Dubay aeroportunda qatı tüstü müşahidə olunur
19:05 08.05.2026
Son dəqiqə
AFFA 2026/27 mövsümü üçün bu klublara lisenziya verdi
18:51 08.05.2026
Futbol
Azərbaycan 30 illik münaqişəni milli birliklə həll etdi
18:34 08.05.2026
Gündəm
Rasmussen: NATO-nun dağılması prosesi başlayıb
18:24 08.05.2026
Dünya
Sabah Azərbaycandan Ermənistana 8 vaqon dizel göndəriləcək
18:08 08.05.2026
İqtisadiyyat
Qazaxıstan Prezidenti mayın 9-da Putinlə görüşəcək
17:55 08.05.2026
Gündəm
İqtisadi Şurada turizm sahəsində vəziyyət müzakirə olunub
17:28 08.05.2026
Gündəm
Elə dilənçilər var ki, günə 500-600 manat qazanırlar - EKSPERT
17:19 08.05.2026
Cəmiyyət
Marko Rubio İranla bağlı son hərbi vəziyyəti şərh edib
16:53 08.05.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşib
16:37 08.05.2026
Aktual
Tramp İranla müharibəni 6 həftəlik ekskursiya kimi qələmə verib
16:02 08.05.2026
Dünya