Qadınların da zorakılıqdan, qeyri-insani münasibətlərdən qorunması əsas prioritet kimi göstəriləcək
Yeni ailə konsepsiyasında uşaqlar xüsusi yerdə olacaq
05:30 03.09.2024
Gündəm
455
Çox yaxşı xəbər...
Qadınların da zorakılıqdan, qeyri-insani münasibətlərdən qorunması əsas prioritet kimi göstəriləcək
" Mən belə bir təkliflə çıxış etmişdim ki, ailələr üçün yol xəritəsi hazırlansın. Lakin strategiyanın özü də yol xəritəsi kimi ciddi sənəddir. Yaxşı olardı ki, hətta sənədin hazırlanma prosesinə ilk mərhələdə mütəxəssislər cəlb edilsin. Bu sənəd bir çox qanunvericilik aktlarının dəyişməsi və təkmilləşməsini də özündə ehtiva edəcək. Azərbaycan ailəsi insan hüquq və azadlıqları ilə yanaşı özünün öhdəlik və vəzifəsini əks etdirən ailə strategiyasına malik, eyni zamanda həm də dünyəvi xarakter daşımalıdır. Düşünürəm ki, cənab Prezidentin uşaqlarla bağlı 10 illik strategiyasında məhz uşaqların maraqları üstün tutulduğu kimi, ailə strategiyasında da uşaqlar xüsusi yerdə olacaq, lakin qadınların da zorakılıqdan, qeyri-insani münasibətlərdən qorunması əsas prioritet kimi göstəriləcək".
Qadınların da zorakılıqdan, qeyri-insani münasibətlərdən qorunması əsas prioritet kimi göstəriləcək
Azərbaycanda yeni ailə konsepsiyası hazırlanır. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasında bildirib. Komitə sədri qeyd edib ki, bu, cənab Prezidentin tapşırığı ilə yerinə yetirilir. “Prezidentin tapşırığı ilə yeni ailə konsepsiyasının hazırlanması prosesinə start verilib. Bütün sadalanan problemlər Azərbaycanın siyasətinin mahiyyətinə uyğun olaraq yalnız ailə müstəvisində, ailənin və hər bir fərdin marağı üstün tutulmaqla həll edilməlidir. Bu konsepsiyanın hazırlanmasında da biz ailə mərkəzli siyasət yürütməyə çalışacağıq". Komitə sədri vurğulayıb ki, növbəti parlament dövrü üçün dövlət proqramlarının yerinə yetirilməsi, yeni konsepsiyaların hazırlanması ilə bağlı təşəbbüslər olacaq: "Yeniliklərin sayı getdikcə artır, çünki Azərbaycan inkişaf etdikcə, bütün vətəndaşlarımızın hüquq və təhlükəsizlyini təmin etmək imkanları artdıqca, qanunverici aktlara da dəyişikliklər lazım gəlir. Hesab edirəm, qarşıdakı dövrdə yetərincə işlər görüləcək". Onun sözlərinə görə, qarşıdakı parlament dövrü çox fəal keçəcək: “Hələlik gözlənilən dəyişiklikləri açıqlamaq istəmirəm. Sadəcə onu demək istəyirəm ki, fəal şəkildə ictimai müzakirələr təşkil edəcəyik. Hazırda komitə cənab prezidentin tapşırığı ilə yeni ailə konsepsiyasının hazırlanması prosesinə start verib. Bütün sadalanan problemlər Azərbaycanın siyasətinin mahiyyətinə uyğun olaraq yalnız ailə müstəvisində, ailənin və hər bir fərdin marağı üstün tutulmaqla həll edilməlidir”.
Yeni ailə konsepsiyasının hazırlanmasına başlanıldığını çox yaxşı xəbər adlandıran “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Sherg.az"a açıqlamasında ailələr üçün “yol xəritəsi” hazırlanması təklifiylə çıxış etdiyini bildirdi:
M.Zeynalova qeyd etdi ki, ekomühit və siyasi proseslərin, təbii fəlakətlərin baş verməsi halları qarşısında ailələrin dayanıqlığının çevik həlli üçün strategiyada nəzərdə tutulmayan, lakin vəziyyətlə bağlı təcili qərarların qəbulu üçün imkanlar olmalıdır:
"Hesab edirəm ki, problemlərin çevik həlli üçün mexanizmlərin işlənməsi əsasdır. Çünki zaman uzandıqca, problemlər daha da dərin kök salır, belədə onların həlli daha da çətinləşir. Amma çevik və ailə maraqlarına uyğun həllər problemlərin aradan qaldırılmasına kömək edəcək. Bunun üçünsə işlək mexanizmlər olmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Avropadakı hərbi bazalara hücumla bağlı xəbərdarlıq edib
06:26 25.09.2026
Region
Hande və CeyLo bir arada
05:05 25.09.2026
Şou
Müasir insanın bu 7 vərdişi onu xəstə edir
04:24 25.09.2026
Sağlamlıq
Azərbaycan daha üç ölkə ilə viza tələblərini sadələşdirib
03:03 25.09.2026
Siyasət
Sin Cinpin və Donald Tramp Ukrayna və Yaxın Şərqi müzakirə edib
01:59 25.09.2026
Dünya
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual