Ermənistanın “sentyabr sindromu”: Gərginlik artır
Ermənistanın “sentyabr sindromu”: Gərginlik artır
08:47 06.09.2024
Hərbi
562
Sentyabrın 5-i saat 09:55 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zivel yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd edilib.
"Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb", - məlumatda vurğulanıb.
Ermənistanın hərbi təxribatları son zamanlar intensivləşib. Bunun rəsmi İrəvanla Paris və Vaşinqton arasında hərbi əməkdaşlığın gücləndiyi vaxta düşməsini təsadüfi hesab etmirəm. Çox güman, Ermənistanın artan hərbi provokasiyalarının arxasında məhz adı çəkilən Qərb dövlətləri dayanır.
Maraqlıdır ki, son zamanlar Bakı- Ankara- Moskva- İrəvan dördtərəfli təmasları gücləndirilib. Bu, Cənubi Qafqaza sülhün gəlməsi baxımından mühüm əhəmiyyətə malikdir. Görünən odur ki, dördtərəfli təmaslar, doğrudan da, nəticə verir. Bu, Azərbaycanla Ermənistan arasında müəyyən razılıqların əldə olunmasında özünü göstərir.
Ehtimal etmək olar ki, Qərb bölgədə “suların durulması” istiqamətində atılan addımlardan narahatdır. Ona görə Ermənistanın əli ilə yenidən vəziyyəti gərginləşdirməyə çalışır.
Qərbin Ermənistanı silahlandırması əslində həm də bu dövlət üzərində təsir imkanlarının artırılması deməkdir. Bu gün İrəvanın Paris və Vaşinqtonun “çaldığı havaya oynamasının” əsas səbəbi onların təsiri altında olmasıdır.
Yada salmaq lazımdır ki, artıq bir neçə ildir ki, Ermənistan sentyabr aylarında hərbi təxribatlarını artırır. Buna müvafiq olaraq Azərbaycan da lazımi cavab verir. Oxşar ssenarinin bu il də təkrarlanması istisna deyil.
Görünür, Ermənistanın “sentyabr sindromu” təkrarlanır...
Kənan Novruzov
Oxşar xəbərlər
“Birliyin Gücü – 2026” təlimində şərti terrorçuların əsas hərbi hədəfləri tam məhv edilib - VİDEO
15:48 24.09.2026
"Birliyin Gücü - 2026": Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbi təliminin açılışı oldu
18:30 22.09.2026
Xəbər lenti
Hamısına bax
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya
Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşdü
19:02 24.09.2026
Siyasət
Si Cinpin: Çin və ABŞ tarixi məsuliyyət daşıyır
18:55 24.09.2026
Dünya
Moldova NATO-ya üzv olmaq istəmir
18:26 24.09.2026
Dünya
Ceyhun Bayramov albaniyalı həmkarı ilə görüşdü
18:18 24.09.2026
Siyasət
Putin Fransadakı səfiri vəzifəsindən azad edib
18:07 24.09.2026
Gündəm
Ermənistanın Aİ-yə üzvlüyü avtomatik baş verməyəcək - ŞƏRH
17:56 24.09.2026
Gündəm
Tramp sülh prosesinin miqyasını dəyişdi - ŞƏRH
17:33 24.09.2026
Gündəm
Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olundu
16:35 24.09.2026
Gündəm