
Əfqanıstan və Pakistan arasında hərbi münaqişə olmayacaq - RƏY
15:38 25.12.2024
Siyasət
533
Əfqanıstan Hökumətinin sözçüsü Zabihullah Mücahid verdiyi açıqlamada, Pakistana aid təyyarələrin dünən Əfqanıstanın şərqindəki Paktika əyalətinin Barmal bölgəsində 4 yerə hava hücumu təşkil etdiyini bildirib. Mücahid, "Ümumi ölən sayı 46-dır. Bunların çoxu uşaq və qadındır" məlumatını paylaşdı.
Əfqanıstanın Müdafiə Nazirliyindən verilən açıqlamada da hücumun qınandığı qeyd olunub və "Bu vəhşi hərəkət açıq-aşkar təcavüzdür və bütün beynəlxalq prinsiplərə ziddir. Pakistan tərəfi bilməlidir ki, bu cür hərəkətlər məsələlərin həlli deyil. Bu qorxaqca hücuma cavabsız qalmayacağıq" ifadələri istifadə edilib.

Sözügedən məsələ ilə bağlı "Sherg.az"a danışan politoloq Oqtay Qasımov deyir ki, Pakistan-Əfqanıstan münasibətlərində zaman-zaman gərginliklər baş verir:
"Əfqanıstan ərazisinin müəyyən mənada terrorizmin yuvasına çevrildiyini qeyd etmək vacibdir. Buradakı terror təşkilatları Pakistan daxilində fəaliyyət göstərən qruplarla sıx əlaqələrə malikdir və bu əlaqələrdən istifadə edərək öz fəaliyyətlərini genişləndirirlər. Pakistan ərazisində Əfqanıstandan köçmüş müxtəlif etnik qruplar məskunlaşıb. Xüsusilə, keçmişdə Sovet işğalı dövründə milyonlarla əfqanın Pakistana sığınması bu iki ölkə arasında yaranan problemlərin əsasını qoyub. Pakistan isə bu terror fəaliyyətlərinin qarşısını almaq üçün mütəmadi olaraq tədbirlər görməyə məcbur olub. Son hərbi əməliyyatlar da bu istiqamətdə atılmış addımlardır. Bununla belə, Əfqanıstan və Pakistan arasında tammiqyaslı hərbi münaqişənin baş verəcəyini söyləmək çətindir. Çünki bu iki ölkə tarixi, mədəni və iqtisadi baxımdan bir-birinə sıx bağlıdır. Əfqanıstanda nizami bir ordu mövcud deyil; əvəzində, bu ölkə partizan hərəkatları və gerilla döyüşləri ilə tanınan silahlı qruplaşmaların üstünlük təşkil etdiyi bir məkandır".
Ekspert əlavə edib ki, rəsmi Bakının bu məsələdəki mövqeyinə gəlincə, Azərbaycan həm Pakistanla strateji əməkdaşlığa malikdir, həm də Əfqanıstanla yaxın münasibətlər qurub:
"Buna görə də, Azərbaycan bu münasibətlərin gücləndirilməsini və onların arasındakı gərginliklərin dialoq yolu ilə həll edilməsini dəstəkləyir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm
Yeni tədris ilində stresslə necə mübarizə aparmalı?
10:29 09.09.2026
Sağlamlıq