Bayden: Mən atəşkəs razılaşmasının tam yerinə yetiriləcəyini gözləyirəm
Yusif Nəzərli
17:36 19.01.2025
Siyasət
411
ABŞ prezidenti Co Bayden Qəzza zolağında başlayan atəşkəslə bağlı mətbuat konfransı keçirib.
Sherg.az xəbər verir ki, razılaşma üçün uzun müddətdir diplomatik vasitələrlə çalışdıqlarını və nəhayət bu razılığa gəlməkdən çox məmnun olduqlarını ifadə edən Bayden, atəşkəs razılaşmasının may ayında təqdim etdiyi layihə ilə demək olar ki, eyni olduğunu bildirib.
"Bütün iztirablardan, dağıntılardan və insan itkilərindən sonra bu gün Qəzzada silahlar susdu. Bu, mayın 31-də qeyd etdiyim razılaşma idi", - Co Bayden deyib.
İsrail və Livan arasında əldə olunan atəşkəs razılaşmasının regional sülhə doğru əhəmiyyətli irəliləyiş olduğunu bildirən Bayden, "Qəzzada bu razılaşmanın tam şəkildə həyata keçirilməsini gözləyirəm" deyə vurğulayıb.
"Amerikanı regionda daha geniş bir müharibəyə sürükləmək riskini gözə aldım. Əgər getdiyim yoldan əl çəksəydim, bu gün gördüyümüz atəşkəsə nail ola bilməzdik. İndi isə bölgə əsaslı şəkildə dəyişib" deyən Bayden bunları qeyd edib: “İran onilliklərin ən zəif nöqtəsindədir, Həmas və Hizbullah da ciddi şəkildə zəifləyib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Suriya İrana xəbərdarlıq etdi
18:37 07.09.2026
Dünya
SEPAH: Oman sahillərindən keçən gəmiləri də vuracağıq
17:36 07.09.2026
Dünya
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
17:33 07.09.2026
Hadisə
Sülh danışıqları başlayır, amma müharibə SƏRTLƏŞƏ BİLƏR - ŞƏRH
17:31 07.09.2026
Gündəm
Şahdağ və Şamaxıya dolu düşüb - FAKTİKİ HAVA
16:59 07.09.2026
Ekologiya
Rafael Qrossi: BMT-nin növbəti baş katibi mən ola bilərəm
16:37 07.09.2026
Dünya
Yəmən Silahlı Qüvvələri əks-hücumda: Ölkəyə nəzarət bərpa edilir
16:21 07.09.2026
Dünya
Qubada kanaldan meyit tapılıb
16:06 07.09.2026
Hadisə
AZAL: Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb
15:49 07.09.2026
İnfrastruktur
Davutoğlu bu gün ifadə verəcək
14:53 07.09.2026
Dünya
Tərtərdə 52 yaşlı kişi güllələnib, saxlanılan var - YENİLƏNİB-1
14:33 07.09.2026
Hadisə