Nazir: Suriya Azərbaycan ilə daha böyük layihələr çərçivəsində əməkdaşlıq etməyi planlaşdırır
Yusif Nəzərli
10:43 02.08.2025
İqtisadiyyat
542
Suriya Azərbaycan ilə daha böyük layihələr çərçivəsində əməkdaşlıq etməyi planlaşdırır.
"APA-Economics"in Türkiyəyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Türkiyə-Suriyə qaz boru kəmərinin açılışı çərçivəsində Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir jurnalistlərə açıqlamasında bildirib.
"Artıq Azərbaycan qazının Türkiyə ərazisi ilə Suriyaya çatdırılması üzrə açılış mərasimini etdik. Boruların 6 milyon kubmetr qazın daşınması potensialı mövcuddur. Sadəcə ilkin olaraq 4,3 milyon kubmetr təbii qazın ötürülməsi həyata keçiriləcək. Azərbaycanlı qardaşlarımıza bu fürsətə, dəstəyə görə təşəkkürümü bildirmək istəyirəm", - nazir qeyd edib.
Nazir onu da vurğulayıb ki, bu, sonuncu layihə deyil:
"Bundan sonra da daha böyük layihələrimiz olacaq. Bir az öncə qardaşım Mikayıl Cabbarovla görüşdə də biz digər görüləcək işlər barəsində daha geniş şəkildə danışıqlar apardıq. Azərbaycan və Suriya arasında texniki qrupların qarşılıqlı şəkildə səfərləri təmin olunacaq. Həmçinin Azərbaycanın Suriyada investisiyalara dair proqramlarını və layihələrini müzakirə etdik", - nazir vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransada evdə yeni doğulmuş beş körpənin qalıqları tapılıb
21:50 28.07.2026
Dünya
"Sabah"dan tarixi uğur: KL-nin əsas mərhələsini təmin etdi
21:13 28.07.2026
Futbol
Netanyahu Trampla görüşmək üçün Ağ Evə gəlir
20:37 28.07.2026
Gündəm
Qəbələdə möhtəşəm tikinti qalıqları aşkar olundu
20:14 28.07.2026
Tarix
Trampın Zelenski ilə görüşü təxminən bir saat davam edib
20:02 28.07.2026
Dünya
Almaniya cinayət törətmiş 31 əfqanı deportasiya etdi
19:50 28.07.2026
Dünya
4 kişinin bacarmadığını 4 qadın etdi: Hamı heyrətə gəldi
18:59 28.07.2026
Hadisə
Ağ Evdə Tramp-Zelenski görüşü başlayıb
18:42 28.07.2026
Gündəm
Ukraynaya hücum etsək, tələyə düşəcəyik - Çağırış
18:14 28.07.2026
Dünya
Rusiya etibar olunası ölkə deyil - Natiq Miri
18:00 28.07.2026
Gündəm
Sahibə Qafarova Efiopiyaya səfərə gedib
17:48 28.07.2026
Siyasət