
ABŞ-də Prezident seçkiləri: Ermənilərə utopik ideyalar, yalan vədlər.. - RƏY
09:43 03.01.2024
Siyasət
661
ABŞ prezidentliyinə namizədliyini irəli sürdüyünü açıqlayan kiçik Robert Kennedi deyib ki, Vaşinqton ermənilərin özünümüdafiə, eləcə də öz müqəddəratını təyinetmə hüququna regional dəstəyi səfərbər etməlidir. Onun sözlərinə görə, eyni zamanda, “artsax” ermənilərinin öz “ata-baba yurdlarına” təhlükəsiz qayıtmasını qorumalıdır. Kennedi iddia edib ki, Azərbaycan 2020-ci ildən Qarabağ ermənilərinə qarşı amansız etnik təmizləmə" aparıb, 120 min erməni əhalisini "deportasiya" edib: "1915-ci il “soyqırımından” fərqli olaraq, bu hadisə dayandırıla bilər. Bu vəziyyətdə dinc sanksiyalar kömək edə bilər. Biz həm də Türkiyə və Azərbaycan tərəfindən İrəvanın “blokadasını” aradan qaldırmağın yollarını axtarmalıyıq. Ermənistanın dənizə çıxışı yoxdur, onun qonşu ölkələrin limanlarına çıxışı olmalıdır”. Kiçik Kennedi ABŞ prezidenti postuna seçiləcəyi təqdirdə Ermənistan və Qarabağın bərpasına “töhfə verəcəyinə” əmin edib.
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli "Sherg.az"a deyib ki, Amerikada hər seçki ərəfəsində prezidentliyə namizədlər ermənilərlə bu formada oynayırlar.

Onun sözlərinə görə, namizədlər ermənilərə müxtəlif vədlər verirlər, ancaq seçiləndən sonra reallığa qayıdırlar:
"Robert Kennedi onsuz da prezident seçilməyəcək, onun seçilmək şansı sıfıra bərabərdir. Kennedinin irəli sürdüyü sərsəmləmələr öz beyninin utopik məhsulu olduğuna görə heç bir reallığı əks etdirmir. ABŞ rəhbərliyi də Qarabağda olanları yaxşı bilir. Azərbaycan Qarabağda heç bir "etnik təmizləmə", "soyqırımı" həyata keçirməyib. Öz ərazi bütövlüyümüzü, suverenliyimizi tam bərpa etmişik. Dövlətimiz də orada anadan olmuş, yaşamış ermənilərə müraciət edib ki, getməsinlər, qalıb yaşasınlar. Təbii ki, Azərbaycan qanunları çərçivəsində... Ancaq utopik ideyalarla yaşayan, əlləri azərbaycanlıların qanına batmış cinayətkarlar çıxıb getdilər və erməni əhali arasında panikaya səbəb olaraq onların da bölgəni tərk etməsinə səbəb oldular. Çünki bilirdilər ki, Azərbaycan ərazisində ancaq bizim qanunlarımız çərçivəsində yaşamalıdırlar. Qarabağda baş verən proseslərdə heç bir sivil insanın burnu belə qanamayıb. Dünya ictimaiyyəti bunu görür. Kennedi və onun kimilərin sərsəm çıxışları, utopik vədləri əslində ABŞ-dəki erməni lobbisini ələ salmaqdan başqa bir şey deyil. Hər il seçki dönəmində bənzər hadisələrin şahidi oluruq. Ancaq reallıq göz önündədir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm