
ABŞ-ın Azərbaycana marağı təbiidir: Bakı Vaşinqton üçün olduqca cəlbedici tərəfdaşdır
10:40 04.07.2025
Siyasət
453
Bu gün Azərbaycan-Birləşmiş Ştatlar dostluq əlaqələrini və tərəfdaşlığını keyfiyyətcə yeni səviyyəyə yüksəltmək üçün yaxşı imkanlar vardır.
Bu barədə Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa təbrik məktubunda bildirilib.
“Hesab edirəm ki, iqtisadi-ticari, energetika, nəqliyyat, sənaye, aviasiya, yüksək texnologiyalar, sərmayə qoyuluşu və digər mühüm sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafı üçün böyük potensial mövcuddur”, - məktubda vurğulanıb.
Politoloq Zeynal Əmrəliyev Sherg.az-a söyləyib ki, ABŞ və Azərbaycan arasında əlaqələrin inkişafı üçün geniş imkanlar mövcuddur:

"Xüsusilə Donald Trampın yenidən Prezident seçilməsi iki ölkə arasındakı münasibətlərin canlandırılması baxımından əhəmiyyətli addımların atılmasına şərait yarada bilər. Hazırda ABŞ-ın bölgəyə xüsusi marağı var. Trampın əsas məqsədlərindən biri logistika və ticarət əlaqələrinin inkişaf etdirilməsi, bu sahədə ABŞ-ın rolunun gücləndirilməsidir. Bu kontekstdə Azərbaycan ABŞ üçün olduqca cəlbedici tərəfdaş hesab olunur. Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizinin mərkəzində yerləşməsi – xüsusilə Çinlə Avropa arasında tranzit yüklərin daşınmasında əsas ölkələrdən biri kimi çıxış etməsi – onun strateji mövqeyini daha da gücləndirir. Eyni zamanda Azərbaycan Mərkəzi Asiyaya açılan qapıdır və Türk dünyasında getdikcə artan təsir imkanlarına malikdir. Qarabağda keçirilən tədbirdə Mərkəzi Asiya ölkələrinin liderlərinin iştirakı da bölgədə formalaşan yeni geosiyasi şəraitin və bu prosesdə Azərbaycanın aparıcı rolunun göstəricisidir. Bütün bu faktorlar göstərir ki, Azərbaycan yüksək potensiala malik bir ölkədir. Enerji infrastrukturu müasir tələblərə cavab verir, logistika imkanları isə sürətlə inkişaf edir. Azərbaycanın enerji resurslarından effektiv istifadə etməsi və bu sahədə müxtəlif ölkələrlə əməkdaşlıq etməsi onu Şərqi Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevirib.
Bu mənzərə fonunda ABŞ-ın Azərbaycana marağı təbii görünür".
Analitik vurğulayıb ki, uzun müddət iki ölkə arasındakı münasibətlərdə gərginlik müşahidə olunub:
"Xüsusilə Bayden administrasiyası dövründə ermənistanpərəst dairələrin təsiri nəticəsində Azərbaycanla əlaqələrdə soyuqluq yaranmışdı. Lakin Donald Trampın hakimiyyətə qayıtması fonunda münasibətlərin yenidən istiləşməsi üçün əlverişli şərait formalaşıb. Hətta yaxın gələcəkdə iki ölkə arasında yüksək səviyyəli görüşlərin keçirilməsi gündəmə gələ bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi