“ABŞ-ın Ermənistana yardımı Rusiyanı qıcıqlandırır” – Paşinyan uduzacaq !
Fidan Həmişəyeva
14:10 10.07.2020
Siyasət
970
“Rusiya-Ermənistan qarşıdurması bir qədər də şiddətlənək”
“Bütün bunlar Azərbaycan üçün növbəti şansdır ki, Qarabağ məsələsində yeni mərhələ başlansın”
ABŞ Dövlət Departamenti Ermənistan hökumətinə korrupsiya ilə mübarizə aparmaqda yardım edəcək. Amerika bu istiqamətdə mütəxəssis təyin etmək niyyətindədir. Mütəxəssis Ermənistanın Ədliyyə Nazirliyi ilə əməkdaşlıq edəcək və islahlatların həyata keçirilməsinə kömək göstərəcək. ABŞ Dövlət Departamentindən bildirilib ki, sözügedən vəzifəyə yalnız ABŞ vətəndaşları namizəd ola bilər.
Amerikanın yardımını "Sherg.az"a şərh edən siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev ABŞ-ın siyasi qərar verdiyini düşünür.
Analitikin qənaətincə, göndərilən mütəxəssis əslində Ermənistanda baş verən korrupsiyanın qarşısını ala bilməyəcək:
"Çünki keçmiş MDB ölkələrinin hamısında eyni sistem fəaliyyət göstərir. Həmin sistem kökündən dəyişdirilməlidir. Nə qədər ki, sovet dövründə doğulan kommunist təfəkkürlü insanlar hakimiyyətdə şəxsi maraqlarını güdəcəklər, özlərini demokratlar kimi aparacaqlar o zamana kimi məsələ həll edilməyəcək".
C.Nuriyev vurğulayıb ki, ABŞ-ın Ermənistanda yardımında əsas məqsəd Rusiyanı qıcıqlandırmaqdır:
"Amma bunun Paşinyana xeyri olmayacaq. Əslində Rusiya-Ermənistan qarşıdurması bir qədər də artacaq. Hadisələrin gedişi ABŞ-ın planlaşdırdığı kimi olmaya bilər. Lakin Rusiyanın planlarının baş tutacağı daha realdır. Bütün bunlar Azərbaycan üçün növbəti şansdır ki, Qarabağ məsələsində yeni mərhələ başlansın”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya