Alman polisi "siyasi mühacir"ləri ifşa etdi: Genişmiqyaslı ƏMƏLİYYAT
Fidan Həmişəyeva
07:30 15.11.2019
Siyasət
885
Almaniyada qanunsuz miqrasiyaya qarşı əməliyyatlar keçirilir. Əməliyyatlar zamanı qanunsuz sığınmış şəxslər ölkələrinə deportasiya olunur, bəziləri həbs edilirlər. Məlumatlara görə, alman polisi əməliyyatlar nəticəsində iki Azərbaycan vətəndaşını da saxlayıblar. Polisin azərbaycanlılardan ibarət dəstənin digər üzvlərini də axtardığı bildirilir. Məsələ ilə bağlı Sherg.az-a açıqlama verən siyasi şərhçi Azər Həsrət alman polisinin insanları saxlaması o qədər də təəccüblü deyil.
Onun sözlərinə görə, təəccüblənəsi məqam prosesin niyə bu qədər gec baş verməsidir:
“Bu hadisələr haqqında illərdir danışırıq ki, siyasi mühacir alveri ilə məşğul olan dəstələr var. Belə dəstələrin özəlliklə Almaniyada fəaliyyət göstərdiyini deyirik. Amma təəssüf ki, Azərbaycanda siyasi müxalifətçiliklə məşğul olan şəxslər bizim bu çıxışlarımızı rədd edir, guya yalan danışdığımızı, şər, böhtan atdığımızı iddia edirlər. Əlbəttə biz boşuna danışmırdıq və əlimizdə kifayət qədər informasiya var idi ki, ona əsaslanıb danışırdıq. İndi alman polisinin bir qrup insanı saxlaması, bu əməliyyatı prokurorluğun sanksiyası ilə keçirməsi ondan xəbər verir ki, alman polisinin əlində çox ciddi dəlillər var. Həmin dəlillərə əsaslanaraq bu qədər geniş miqyaslı əməliyyat həyata keçiriblər. Bu olanlarda konkret olaraq siyasi partiyanın, yəni Müsavat Partiyasının adı hallanır. Yəni, partiyanın Avropadakı kordinasiya mərkəzinin üzvlərindən söhbət gedir. Təbii ki, bizim də Müsavat Partiyasından açıqlama istəmək haqqımız var. Azərbaycan cəmiyyətinə açıqlama versinlər ki, niyə bu hadisələr baş verib".
Hadisədə "zərərçəkmiş"lərə gəlincə, A.Həsrət qeyd edib ki, özü yıxılan ağlamaz:
"O adamların toruna düşənlərin əksəriyyəti ümumiyyətlə siyasətlə məşğul olan adamlar deyil. Həmin adamlar sadəcə olaraq ucuz, rahat həyat axtaran şəxslərdir. Yəni, işləmək istəməyən, özünü realizə etmək istəməyən, əziyyət çəkmədən çörək yemək istəyən adamlardır. Onlar gəlib bu dələduzların toruna düşüblər və gedib Avropada siyasi və yaxud başqa adlar altında sığınacaq almağa cəhd göstərirlər. İndi isə zaman yetişib, hesab vaxtıdır. Buyursunlar həmin adamlar hesab versinlər ki, doğurdanmı Azərbaycandan siyasi səbəblərə görə qaçıb getmək istəyənlər var. Təbii ki, belə insanlar yoxdur, ancaq bu adamların dələduzluğunun qurbanı olanlar var. Düşünürəm ki, alman polisi çox geniş araşdırma aparacaq və yəqin ki, yaxın günlərdə daha ayrıntılı bilgilərə sahib olacağıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi