
Alyaska sammiti: Diplomatiya işləməsə hərbi eskalasiya qaçılmazdır
13:19 14.08.2025
Siyasət
415
Tural İsmayılov: "Putin yalnız öz şərtləri qəbul olunarsa Zelenski ilə danışacaq"
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Alyaska sammiti uğurla nəticələnərsə, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski tezliklə birbaşa danışıqlar aparacaqlar. Tramp bu fikirləri Avropa liderləri və Zelenski ilə onlayn formatda keçirdiyi müzakirələrdən sonra səsləndirib.
“Əgər Alyaskada Ukrayna ilə bağlı razılaşma əldə edilməsə, Rusiya ABŞ tərəfindən çox ciddi tədbirlərlə üzləşəcək”, – deyə o xəbərdarlıq edib.
Digər tərəfdən, Böyük Britaniya da Moskva üzərində təzyiqi artırmağa hazırlaşır. Baş nazir Keyr Starmer ölkəsinin Rusiya əleyhinə yeni, sərt sanksiyalar paketi hazırladığını açıqlayıb:
“Biz Rusiyaya, xüsusən də iqtisadi sahədə sanksiyalar və lazım gələrsə, daha geniş tədbirlər vasitəsilə təzyiqi artırmağa hazırıq. Artıq bu tədbirlərin nəticələrini görürsünüz və yeni paket üzərində iş gedir”.
Kreml isə Alyaska sammitinə ciddi hazırlaşır. Prezidentin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Vladimir Putin sammit öncəsi ali rəhbərlik, hökumət üzvləri və Prezident Administrasiyası nümayəndələri ilə iclas keçirib. Xatırladaq ki, Putin və Trampın görüşü 15 avqustda Alyaskada baş tutacaq.

Politoloq Tural İsmayılov Sherg.az-a bildirib ki, Alyaska sammiti əslində tərəflərin mövqelərini yaxınlaşdırmaq üçün nadir bir fürsətdir:
"Lakin bu, çox böyük gözləntilərlə yüklənməməlidir. Hazırkı reallıq onu göstərir ki, Moskva öz strateji hədəflərindən geri addım atmaq niyyətində deyil. Trampın səsləndirdiyi “çox ciddi tədbirlər” bəyanatı daha çox psixoloji təzyiq və diplomatik manevr xarakteri daşıyır. Rusiya bu tip sərt mesajları əvvəl də eşidib və çox vaxt onları real təhlükə kimi qəbul etməyib. Əgər sammitdə ciddi irəliləyiş əldə olunmasa ABŞ-nin əlavə sanksiyalar və iqtisadi təzyiq rıçaqlarını işə salması ehtimalı yüksəkdir. Böyük Britaniyanın hazırladığı yeni sanksiya paketi isə Qərbin koordinasiyalı şəkildə hərəkət etdiyini göstərir. Bu, Rusiyanın maliyyə və enerji sektorlarına daha çox zərbə vura bilər. Lakin Kreml adətən belə addımlara qarşı daxili iqtisadi adaptasiya və alternativ bazarlara yönəlmə ilə cavab verir. Putin üçün Zelenski ilə birbaşa danışıqlar yalnız öz şərtlərinin müəyyən dərəcədə qəbul olunacağı halda məntiqlidir. Alyaska sammitinin uğuru çox böyük ölçüdə Rusiya-Ukrayna müharibəsinin taleyini müəyyən edə bilər. Amma tərəflərin mövqeləri hələ də kəskin ziddiyyətlidir".
Analitik əlavə edib ki, əgər kompromis əldə olunmasa münaqişənin daha genişmiqyaslı mərhələyə keçməsi real təhlükə olaraq qalır:
"Xüsusilə Donbas və cəbhənin digər kritik nöqtələrində döyüşlərin intensivləşməsi mümkündür. Rusiya həm də informasiya müharibəsini gücləndirərək daxili ictimaiyyəti “haqlı mübarizə” narrativi ilə möhkəmləndirəcək. Qərbin sanksiyaları artdıqca Moskva Çin, İran və digər tərəfdaşlarla iqtisadi əlaqələri dərinləşdirməyə çalışacaq. Bu isə yeni geosiyasi bloklaşma riskini artırır. Alyaska görüşü münaqişəni dayandırmaq üçün son şanslardan biri ola bilər. Lakin tərəflərin sərt mövqeləri səbəbindən bu şans çox zəifdir. Nəticə etibarilə, diplomatiya işləməsə hərbi eskalasiya qaçılmaz görünür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampın nümayəndələrinin Kiyevə səfəri hələ təsdiqlənməyib
20:02 17.08.2026
Dünya
Bu, Naxçıvanın iqtisadi xəritəsini dəyişə bilər - Şokri
19:48 17.08.2026
İqtisadiyyat
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
19:25 17.08.2026
Elm və Təhsil
Zimbabvedə qayıq qəzasında ölənlərin sayı 92-yə çatdı
19:15 17.08.2026
Dünya
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib
18:40 17.08.2026
Dünya
"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
18:36 17.08.2026
Dünya
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
18:21 17.08.2026
Sosial
SEPAH Trampın gizli əlaqə iddiasını təkzib etdi
18:14 17.08.2026
Dünya
Rusiyalı siyasətçi 11 il həbs cəzasına məhkum edilib
18:11 17.08.2026
Dünya
TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı
17:39 17.08.2026
Sağlamlıq
Azərbaycanda dərman istehsalı 58%-ə yaxın artıb
17:30 17.08.2026
Sosial