Analitik: Fransanın Azərbaycan siyasəti dəyişir
Yusif Nəzərli
05:37 21.08.2025
Siyasət
447
Bakının həm Moskva, həm Ankara, həm də Brüssellə uğurlu dialoq aparması Fransanı məcbur edir ki, təcrid olunmamaq üçün addımlar atsın
Fransanın Azərbaycana yeni təyin olunmuş səfiri Sofi Laqutt təyinatına və iki ölkə arasında əlaqələrə dair paylaşım edib. Diplomat paylaşımında Fransa-Azərbaycan münasibətlərini inkişaf etdirməyə hazır olduğunu bildirib. Qeyd edib ki, Fransaya, ölkəsinin maraqlarına və həmvətənlərinə Azərbaycanda səfir kimi xidmət etmək onun üçün böyük şərəfdir: "Mən bu missiyanı Ann Buayonun yolunu davam etdirərək həyata keçirəcəyəm. Fransanın Azərbaycandakı səfirliyi komandası ilə birlikdə ölkəmiz və Avropa İttifaqı üçün strateji əhəmiyyət daşıyan bu regionda Fransa-Azərbaycan münasibətlərini daha da inkişaf etdirmək fürsətini səbirsizliklə gözləyirəm. Tezliklə görüşənədək". Son illərdə rəsmi Parislə Bakı arasında müəyyən gərginliklər müşahidə olunsa da, Sofi Laquttun bəyanatı Fransa tərəfinin münasibətləri normallaşdırmağa və dialoqu inkişaf etdirməyə maraqlı olduğunun göstəricisi kimi qiymətləndirilir. Xüsusən, enerji təhlükəsizliyi, regional sabitlik və Avropa İttifaqı ilə əməkdaşlıq kontekstində Fransa üçün Azərbaycanın rolu getdikcə ön plana çıxmaqdadır. Yeni səfirin fəaliyyəti çərçivəsində mədəniyyət, təhsil, iqtisadiyyat və enerji sahələrində əməkdaşlığın genişləndirilməsi, eləcə də ikitərəfli münasibətlərdə yaranmış gərginliklərin aradan qaldırılması gözlənilir.
Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev Sherg.az-a açıqlamasında deyib ki, Fransanın Azərbaycana yeni səfiri Sofi Laquttun mesajı diqqətlə oxunduqda görünür ki, Paris Bakı ilə münasibətlərin ən azı müəyyən dərəcədə normallaşması üçün siqnallar vermək niyyətindədir. Ekspert vurğulayıb ki, əslində, son illərdə Fransa-Azərbaycan münasibətlərində ciddi gərginlik müşahidə olunurdu:
"Bu gərginlik Makron hökumətinin açıq şəkildə Ermənistanı dəstəkləməsi, Qarabağ münaqişəsindən sonrakı mərhələdə balanssız mövqe tutması, Fransa Senatı və Milli Assambleyasının Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan qərarları fonunda inkişaf edirdi. Eyni zamanda Paris meriyası və bəzi regionların açıq anti-Azərbaycan mövqeyi və bunun fonunda Bakı-Paris münasibətləri ən aşağı həddə enmişdi. Amma son aylarda müşahidə olunan nisbi sakitlik var. Fransa üçün geosiyasi prioritetlər dəyişir. Ukrayna müharibəsi, Afrika ölkələrində təsir itirməsi və daxildə siyasi böhran Makronu Cənubi Qafqazda balanslı siyasətə vadar edir. Azərbaycanın regional güc kimi mövqelərinin möhkəmlənməsi, Bakının həm Moskva, həm Ankara, həm də Brüssellə uğurlu dialoq aparması Fransanı məcbur edir ki, təcrid olunmamaq üçün addımlar atsın".
Siyasi şərhçinin sözlərinə görə, gedən real proseslər Paşinyan hökumətini Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanımağa vadar etdi. Bu da Fransanın əvvəlki ritorikasını zəiflətdi:
"Amma digər tərəfdən, normallaşma prosesinin asan olmayacağı qənaətindəyəm. Fransa daxilində güclü erməni diasporu var və Parisdə siyasi elitanın bir hissəsi hələ də Ermənistan yönümlü kursu dəstəkləyir. Eyni zamanda, Azərbaycanın Fransaya etimadı çox zədələnib və münasibətlərin bərpası üçün uzunmüddətli etimad quruculuğu lazım olacaq. Yaxın aylarda Bakı ilə Paris arasında yumşalma, diplomatik ritorikanın daha neytral olması mümkündür. İqtisadi və mədəni əməkdaşlıqda irəliləyiş ola bilər. Amma tam strateji tərəfdaşlıq modelinə qayıdış hələ real görünmür. Ən yaxşı halda praktik əməkdaşlıq və qarşılıqlı maraq əsasında “idarə olunan münasibətlər” mərhələsi başlaya bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
18:21 17.08.2026
Sosial
SEPAH Trampın gizli əlaqə iddiasını təkzib etdi
18:14 17.08.2026
Dünya
Rusiyalı siyasətçi 11 il həbs cəzasına məhkum edilib
18:11 17.08.2026
Dünya
TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı
17:39 17.08.2026
Sağlamlıq
Azərbaycanda dərman istehsalı 58%-ə yaxın artıb
17:30 17.08.2026
Sosial
Tramp İrana hücum xəbərdarlığı etdi
16:42 17.08.2026
Gündəm
Magistral kəmərlərlə qazın nəqli 2%-dən çox artıb
16:41 17.08.2026
İqtisadiyyat
Yaponiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
16:26 17.08.2026
Dünya
Tovuzda 26 yaşlı qadın itkin düşüb - FOTO
16:07 17.08.2026
Hadisə
Donald Tramp: İranla müharibəni dayandırmağa tələsmirəm
15:44 17.08.2026
Dünya
Azərbaycanın dənli bitki ixracı 54%-ə yaxın artıb
15:20 17.08.2026
İqtisadiyyat
ABŞ və İran atəşkəsin uzadılması barədə razılığa gəldi
15:10 17.08.2026
Son dəqiqə
Ukrayna səfiri dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib
15:03 17.08.2026
Siyasət
İran Omanla Hörmüz boğazı üzrə danışıqları davam etdirir
14:45 17.08.2026
Dünya