
Ankara Təl-Əvivin regionda aktivliyinin fərqindədir - ŞƏRH
00:36 29.11.2024
Siyasət
480
Türkiyə ordusu yanvara qədər Suriyada kürd qruplara zərbə vuraraq gücünü artırmağa çalışacaq
Suriyada 4 ildir dondurulmuş münaqişədən sonra cəbhə yenidən alovlanıb. İslamçı Heyət Təhrir əş-Şam (HTŞ) qruplaşması və Suriya Milli Ordusuna (SMO) mənsub sünni qruplar Bəşər Əsəd rejiminə qarşı ani hücuma başlayıb. HTŞ lideri Əbu Məhəmməd Əl Colani bildirib ki, hədəfləri Əsəd hökumətinin nəzarətində olan Hələb şəhəridir. O, hücumların paytaxt Dəməşq ələ keçirilənədək davam edəcəyini deyib. Əslində, məsələ nə Suriya vətəndaş müharibəsi, nə də HTŞ və SMO-nun Əsədi devirmək istəməsidir. Məsələyə daha geniş rakursdan baxmaq lazımdır. Açar informasiya isə HTŞ və SMO-nun Türkiyə tərəfindən dəstəklənməsidir.
Politoloq Turan Rzayev "Sherg.az"a bildirib ki, Türkiyənin Suriyada əməliyyatlara başlayacağına dair iddialar var idi. Amma əməliyyatın zamanlaması diqqət çəkir. Ekspert diqqətə çatdırıb ki, Türkiyədən başqa bu gün Suriyada bir çox ölkənin marağı var:

"Üzdə görünən başlıca qüvvələr Rusiya, İran, İsrail, ABŞ və Qərbdir (daha çox Fransa). Əməliyyatın zamanlamasının həm də bu güclərin mövcud geosiyasi, regional və daxili vəziyyətləri ilə bağlı olduğunu demək olar. Hesab edirəm, Ankaranı hərəkətə gətirən ilk ciddi məqam ABŞ və kürd qruplaşmalarıdır. Baydenin hakimiyyəti müddətində ABŞ YPG-yə ciddi dəstək verib. Son illərdə İsrailin də dəstəyi ilə Türkiyədə aktivləşən kürd separatizmi Ankaranı narahat edir. Türkiyə öz ərazisində İraqın şimalındakı kimi de-fakto bir kürd subyektinin olmasını istəmir. Mümkündür ki, Ankara HTŞ və SMO əməliyyatları fonunda Hələbin şimalında kürd silahlılarının nəzarətində olan ərazilərdə əməliyyat keçirsin. Yəni HTŞ və SMO əməliyyatları həm taktiki diqqət dağıtmaq, həm də itki sayını azaltmaq üçün ön hücum ola bilər. Təbii ki, Ankaranı bu planı aktivləşdirməyə cəsarətləndirən başlıca faktor ABŞ-də hakimiyyətin dəyişdirilməsidir. Ankara Baydendən fərqli olaraq Trampın Yaxın Şərqə birbaşa müdaxilə ilə deyil, regional partnyorlar ilə nəzarət edəcəyinə ümid edir. Ehtimal ki, Türkiyə ordusu HTŞ və SMO ilə birlikdə ən azından yanvara qədər Suriyada həm kürd qruplara zərbə vurmaq, həm də Əsədin mövqelərini zəiflədərək gücünü artırmağa çalışacaq".
Siyasi şərhçiyə görə, Ankara Təl-Əvivin regionda aktivliyinin fərqindədir: "Xüsusilə Qəzzada HƏMAS-a, Livanda “Hizbullah”a qarşı əməliyyatların arealını genişləndirəcəyini, hətta Suriyaya sıçrayacağını bilir və dolayı yolla Türkiyə sərhədinə çatma ehtimalları Ankaranı narahat edir. İsrailin aktivləşməsi fonunda Türkiyə də Yaxın Şərqdəki mövqelərini qorumaq istəyir və buna görə Suriyada təsir gücünü artırmaq qərarı vermiş ola bilər. Təbii ki, önəmli məqamlardan biri də Rusiya və hazırkı vəziyyətidir. Ankara Moskvanın başının Ukraynaya qarışdığının fərqindədir. Türkiyə rəhbərliyi Rusiyanın ciddi şəkildə sıxışdırıldığını görür və Suriyaya diqqət ayıra bilməyəcəyini anlayır. Təbii ki, bu, 5 ildir davam edən Türkiyə-Rusiya dialoqunu sarsıda bilər. Amma görünür, Qara dənizə giriş-çıxış “kartı”nı əlində saxlayan Türkiyə Rusiyanın buna getməyəcəyini düşünür.
Əməliyyatların nəticəsinin necə olacağını öncədən demək çətindir, lakin bir gerçək var ki, ikinci Hələb döyüşləri ən az birincisi qədər qanlı olacaq. Çünki Hələb şəhərinin 2016-cı ilin sonunda hökumət qüvvələri tərəfindən yenidən ələ keçirilməsi vətəndaş müharibəsinin taleyini dəyişmiş və Əsədin mövqeyini gücləndirmişdi. Yəni Əsəd Hələbi itirməmək üçün bütün qüvvəsini səfərbər edə bilər. Çünki Hələbi itirmək Dəməşqi itirmək deməkdir".
Oxşar xəbərlər
Azərbaycan - Özbəkistan münasibətləri çoxşaxəli strateji tərəfdaşlıq modelinə çevrilir -ANALİZ
12:09 24.08.2026
İsmail Cingöz: İlham Əliyevin Özbəkistan səfəri Türk dünyasının gələcək siyasi və iqtisadi quruluşu baxımından strateji əhəmiyyət daşıyır
09:21 24.08.2026
Həm Özbəkistan, həm də Azərbaycan üçün çox böyük və mühüm bir mərhələ başlayır -Şərh
21:44 23.08.2026
Xəbər lenti
Hamısına bax
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil
Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI
18:41 24.08.2026
İnfrastruktur
Rusiya və Ermənistanı sərt ayrılıq gözləyir - Politoloq Atayev
18:38 24.08.2026
Gündəm
Bu il 44 min uşaq bağçalara qəbul olunub
18:14 24.08.2026
Elm və Təhsil
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub
18:12 24.08.2026
Aktual
Rusiyadan açıq hədə: Növbədə bu ölkələrdir
18:10 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
18:01 24.08.2026
Region